"dillər və ədəbiyyatlar" üzrə axtarış nəticələri

06.01.2024Xəzər Universitetinin əməkdaşları beynəlxalq elmi konfransda2023-cü il dekabrın 23-də Neftçala rayonunda “Regional İnkişaf” İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “AZLİNG 2023 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib. Neftçaladan olan dilçi alimlərin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransda Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 85 alim aktual dilçilik mövzuları ilə bağlı çıx...

06.01.2024Dillər və ədəbiyyatlar departamentinin müəllimi döş nişanı ilə təltif edildi2023-cü il dekabrın 22-də Hədəf Şirkətlər Qrupunun baş ofisində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoy “Elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə” "Hədəf Şirkətlər Qrupu”nun "Hədəf-15" döş nişanı ilə təltif edilmişdir....

20.12.2023“Oxu strategiyası” fənni üzrə inteqrativ dərslər2023-cü il dekabrın 13-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi, fil.ü.f.d.Sevinc Qəmbərovanın tədris etdiyi “Oxu strategiyası” fənni üzrə qonaq spikerlərin dəvəti metodu ilə inteqrativ dərslər təşkil olunub. Dərslərdə “Xan” nəşriyyatının direktoru, yazıçı Səbuhi Şahmursoy, “Kolleksioner” kitabının müəllifi Elay, ”Simurq” nəşriyyatının direktoru, yazıçı Amin Orucov və “Məktublar arxasında” əsərinin müəllifi, şair və ssenarist Pərviz Seyidli qonaq qismində iştirak ediblər. Müəlliflərin bədii ədəbiyyatın insan həyatındakı yeri, gəncləri...

19.12.2023“Lamançlı Don Kixot” mövzusunda açıq dərs2023-cü il dekabrın 13-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində dil və ədəbiyyat müəllimliyi və filologiya ixtisası üzrə III kurs tələbələri üçün “Lamançlı Don Kixot” mövzusunda açıq dərs keçirilib. Departamentin müəllimləri Qardaşxan Əzizxanlı və Ülvi Babasoy roman tarixində “Lamançlı Don Kixot”un rolundan, onun poetikasından, həyat və sənətdə doğurduğu suallardan söz açaraq, “saflığın və dürüstlüyün” kitabını yazan Servantesin özünəməxsus təhkiyəsindən danışıblar. Onlar dünya ədəb...

06.12.2023İstanbul Kültür Universitetinin nümayəndəsi ilə görüşDekabrın 4-də Xəzər Universitetində İstanbul Kültür Universitetinin nümayəndəsi ilə görüş keçirilmişdir. Görüşdə İstanbul Kültür Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevda Feyzullayeva, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, Fizika və elektronika departamentinin müdiri Fəridə Tatardar, Həyat elmləri departamentinin müdiri Cəmalə Eldarova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan əvəzi Məhəmməd Eldarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva,...

30.11.2023Təbiət elmləri və Mühəndislik fakültəsinin I kurs tələbələri arasında intellektual oyun2023-cü il noyabrın 21-də Təbiət elmləri və mühəndislik fakültəsinin Kompüter mühəndisliyi və kompüter elmləri ixtisaslarının I kurs tələbələri arasında intellektual oyun təşkil olunub. Oyunun keçirilməsi tələbələrin şifahi və yazılı nitq bacarıqlarını zənginləşdirmək, qruplar arasında həmrəylik yaratmaq, eyni zamanda əylənərək öyrənmək üçün əlverişli mühit formalaşdırmaq məqsədi daşıyıb. Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərli tərəfindən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsi...

28.11.2023Tələbələrimiz ümumrespublika bədii-qiraət müsabiqəsinin final mərhələsində2023-cü il noyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 100 illiyi münasibətilə “Söz duyğusu, sənət sevdası” devizi altında ümumrespublika bədii-qiraət müsabiqəsinin ikinci mərhələsi keçirilib. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, Dos. Dilbər Zeynalovanın rəhbərliyi ilə İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Gülcənnət Məmmədli və fil.ü.f.d.Sevinc Qəmbərovanın rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 3-cü kurs tə...

27.11.2023“İnteqrativ dərs” layihəsi çərçivəsində açıq dərs2023-cü il noyabrın 23-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində “Həqiqət və məcaz (İrfan söhbətləri)” mövzusunda ibtidai sinif müəllimliyi (ingilis dilində) ixtisasının I kurs tələbələri üçün açıq dərs keçirilib. Departamentin müəllimləri Qardaşxan Əzizxanlı və Rüstəm Lazımov dünyamızı “vasitələr dünyası” adlandıran irfançıların insanları həqiqi və məcazi vasitələrlə kəmiyyət pilləsindən keyfiyyət pilləsinə səslədiklərindən söz açaraq, onların ağıl və “vasitəsiz dünya” sayılan eşq p...

13.11.2023Xəzər Universitetində çin dilinin tədrisi problemlərinə aid görüş2023-cü il noyabrın 3-də Dillər və ədəbiyyatlar departamentində Çin dilinin tədrisi problemləri müzakirə olunmuşdur. Departamentin müdiri Dos. Dilbər Zeynalova universitetin müxtəlif ixtisaslarında bu dilin tədrisi prosesində qarşıya çıxan problemlərdən və onların həlli yollarından söz açmışdır. Çin dili müəllimləri Wan Dan, Wei Mengjie, Yin Qingai, Zhang Jiaojiao tələbələrin fənnə marağından, həmçinin tədris prosesində üzləşdikləri çətinliklərdən bəhs etmişlər. Görüşün sonunda departamentdə digər xarici dil (alman, fransız) müəllimləri ilə təd...

13.11.2023Xəzər Universitetində İraq türkmənləri ilə görüş2023-cü il noyabrın 1-də Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə İraq Türkmən Dostluq Dərnəyinin başqanı Şemsettin Kuzeci, Süleymaniyə və Bağdad universitetlərinin professoru Ömer Mehmet Kazancı ilə tələbələrin görüşü keçirilib. Tədbiri departamentin müdiri Dos. Dilbər Zeynalova açaraq, İraq türkmənləri və Azərbaycan türklərinin tarixi kökləri barədə məlumat verib. Şemsettin Kuzeci çıxışında İraq türkmənlərının siyasi-iqtisadi-mədəni durumu haqqında geniş bəhs edib. Mehmet Ömer Kazancı isə İraq Türkmən ədəbiyyatının və dilinin...

31.10.2023Dillər və ədəbiyyatlar departamentinin müəllimi beynəlxalq konfransda2023-cü il oktyabrın 24-də AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Əlyazmalar kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” adlı Beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova konfransda “Əbdi bəy Qarahisarinin yaradıcılığında sənətkar və şairlər” mövzusunda məruzə etmişdir....

30.10.2023“Azərbaycanda aşıq mühitləri və onların görkəmli nümayəndələri” mövzusunda inteqrativ dərs2023-cü il oktyabrın 26-da Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Aynur Qəzənfərqızı Atatürk mərkəzi Xarici əlaqələr şöbəsinin müdiri. Dr. Nazir Əhmədli ilə birgə “Azərbaycanda aşıq mühitləri və onların görkəmli nümayəndələri” mövzusunda inteqrativ dərs keçdilər. Aynur Qəzənfərqızı dərsin giriş hissəsində Nazir Əhmədli haqqında geniş məlumat verdi. Onu arxiv sənədlərinə, faktlara əsaslanaraq aşıq yaradıcılığına aid araşdırma aparan tədqiqatçı kimi təqdim etdi. Sonra Nazir Əhmədli çıxış edərək, indiyədək folklorşünaslıqda aşıqların...

23.10.2023Dillər və ədəbiyyatlar departamentinin müəllimi İctimai televiziyanın “Ötən günlər” verilişində2023-cü il oktyabrın 14-də İctimai televiziyanın Xalq şairi Məmməd Arazın 90 illiyi ilə bağlı yayımlanan “Ötən günlər” verilişində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, “Məmməd Araz poeziya günü” layihəsinə rəhbərlik edən fil.ü.f.d. Qardaşxan Əzizxanlı da çıxış etmişdir. https://youtu.be/sI4SJV63Zqk?si=1R1iHUHyTwLEPaws ...

18.10.2023Dillər və ədəbiyyatlar departamentinin müəllimi Selçuk Universitetində2023-cü il oktyabrın 13-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Aynur Qəzənfərqızı Selçuk Ünversitetində (Türkiyə) türk dili və ədəbiyyatı müəllimi Dr.Nilgün Aydın`ın "Türk dünyası xalq ədəbiyyatı" dərsində "Azərbaycan folklorunun xarakterik özəllikləri" mövzusunda məruzə etmişdir. Tədqiqatçı məruzəsində Azərbaycan folklorunun ümumtürk folklorunun tərkib hissəsi olduğunu, sonra coğrafi və tarixi təsirlər nəticəsində Azərbaycan və Türkiyə folklorunda fərqliliklər yarandığını vurğulamış, növ və janr, üslub və...

17.10.2023Tələbələr H.Z.Tağıyevin yubileyi münasibətilə keçirilən tədbirdəUNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyevin (1823-1924) anadan olmasının 200 illik yubileyi də daxil olunub. Bu münasibətlə 2023-cü il oktyabrın 11-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova tərəfindən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda seminar təşkil edilib. Seminarda Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyev və onun təş...

17.10.2023V Məmməd Araz Poeziya gününə həsr olunmuş tədbirMəmməd Arazın 90 illiyi ilə əlaqədar 2023-cü il oktyabr ayının 14-də I Fəxri Xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib. V Məmməd Araz Poeziya günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər, jurnalistlər, xalq şairinin ailə üzvləri və qohumları iştirak edib. Yeni formatda düzənlənən tədbir öncəsi Xəzər Universiteti tələbələrindən ibarət bir qrup Elmlər Akademiyası metrosu qarşısından başlamaqla Fəxri Xiyabanadək şairin “Nə bilim”, “Dünya sənin, dünya mə...

10.10.2023Dillər və ədəbiyyatlar departamentinin müəlliminin məqaləsi “AD ALTA: Journal of Interdisciplinary Research” jurnalındaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin fransız dili müəllimi, fil.ü.f.d., Dos. Yeganə Orucovanın “Metaphors: unlocking intensity's potential” (“Metafora: implisit məna daşıyıcısı kimi”) adlı məqaləsi “AD ALTA: Journal of Interdisciplinary Research-Magnanimitas” jurnalında (2023, Cild 13, №2, s.168-171) dərc edilmişdur. Qeyd edək ki, “AD ALTA: Journal of Interdisciplinary Research” jurnalı “Web of Science” və “Scopus” verilənlər bazalarında indeksləşdirilib. Məqalədə implisit məna daşıyan metaforalar təhlil edilir. Məqaləyə ke...

02.10.2023Dillər və ədəbiyyatlar departamentinin müəllimi İctimai RadiodaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, fil.ü.f.d. Sevinc Qəmbərova 2023-cü il sentyabrın 28-də İctimai Radioda Pərvanə Nadirqızının təqdimatı ilə yayımlanan “Can, Azərbaycan” verilişinin qonağı olmuşdur. Verilişdə Azərbaycan dilinin şivələri ilə əlaqədar dialektologiyanın əsas anlayışlarından, Azərbaycan dilinin qohum dillərlə müqayisəli təhlilindən bəhs edilmişdir. https://cloud.mail.ru/stock/h84iowQ5TJFLz6pwGnSSTHnp ...

02.10.2023Elmi Şuranın iclası2023-cü il sentyabrın 28-də Elmi Şuranın yeni dərs ilində ilk iclasını universitetin rektoru Dos. İradə Xəlilova açaraq, gündəlikdəki məsələləri şura üzvlərinin nəzərinə çatdırdı. Gündəliyin birinci məsələsi olaraq iclasın sədri Elmi Şura üzvlərini Xəzər Universitetinin Elmi Şurasının yeni tərkibi ilə tanış etdi. Gündəliyin ikinci məsələsi olan məzunlar haqqında məlumatlar Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, İqtisadiyyat və menecment fakültəsinin əməkdaşı Xanım Öməroğlu, Humanitar, təhsil və sosial elmlər fakü...

02.10.2023Hüseyn Cavidin ev muzeyində “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar2023-cü il sentyabrın 27-də Hüseyn Cavidin ev muzeyində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova tərəfindən “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar keçirilmişdir. Seminarda universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri də iştirak etmişdir. Tələbələrə ədəbi hadisə olan Azərbaycan romantizminin tipologiyası, onun ayrı-ayrı nümayəndələrinin bədii təcrübəsi haqqında geniş məlumat ve...

19.09.2023“Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana” mövzusunda seminar2023-cü il sentyabrın 15-də Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Dillər və ədəbiyyatlar departamentinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yüz illiyinə həsr edilmiş “Azərbaycandan dünyaya doğan günəş: Şəms və Mövlana” adlı elmi seminar keçirildi. Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru Dos. Nəzakət Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri ifa olundu. Sonra Nəzakət Məmmədli Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını rus...

12.07.2023Elmi Şuranın növbəti iclası2023-cü il iyulun 7-də Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi. İclası universitetin rektoru Dos. İradə Xəlilova açaraq, gündəlikdəki məsələləri elmi şura üzvlərinin nəzərinə çatdırdı. Gündəliyin 1-ci məsələsi olan məzunlar haqqında məlumatları Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Aygün Verdiyeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan müa...

12.07.2023Dillər və ədəbiyyatlar departamentinin doktorantına fəlsəfə doktoru diplomu təqdim edilmişdirAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 iyun 2023-cü il tarixli qərarı ilə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin doktorantı Ayna Çingiz qızı Babazadəyə 5716.01- Azərbaycan ədəbiyyatı ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Diplom A.Babazadəyə iyunun 25-də tədqim edilmişdir....

21.06.2023Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı elmlər doktoru elmi dərəcəsi aldıXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı Elmira Məmmədova-Kekeçə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 12 may 2023-cü il tarixli qərarı ilə filologiya elmləri sahəsinin 5717.01 –Türk xalqları ədəbiyyatı və 5719.01 – Folklorşünaslıq ixtisasları üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Elmlər doktoru diplomu mayın 26-da təqdim edilmişdir. Elmira Məmmədova-Kekeç 2022-ci il martın 14-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Türk xalqları ədəb...

19.06.2023Magistrantların dissertasiya müdafiəsi2023-cü il iyunun 16-da Dillər və ədəbiyyatlar departamentinin "Azərbaycan dili" ixtisası üzrə magistrantı Mənsurə Əhmədovanın "Dilin mahiyyəti, nitq fəaliyyətində rolu. Dilə psixoloji və neyroloji yanaşma" və "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə magistrantı İlknur Əsgərovanın “Klassik Azərbaycan poeziyasında rəqəmlərin mifopoetikası” mövzularunda dissertasiyalarının müdafiəsi keçirilmişdir. AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri prof. Bədirxan Əhmədovun sədrliyi ilə keçirilən müdafiədə iddiaç...

19.05.2023Qardaşxan Əzizxanlının “İlkim də sən, indim də sən, sonum sən” və “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitablarının təqdimat və imza mərasimi keçirilib2023-cü il mayın 16-da Xəzər Universitetində tanınmış şair, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlının (Haqqarar) “İlkim də sən, indim də sən, sonum sən” və “Nə o – yelkən, nə bu – gəmi” adlı şeir kitablarının təqdimat və imza mərasimi keçirilib. Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalovanın moderatorluğu ilə keçirilən tədbirdə sənət və elm adamları, habelə universitetin müəllim və tələbə heyəti iştirak edib.   Dillər və ədəbiyyatlar departamenti...

10.05.2023Xəzər Universitetinin müəlliminə fəlsəfə doktoru diplomu təqdim edilibAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 aprel 2023-cü il tarixli qərarı ilə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlya filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir Fəlsəfə doktoru diplomu Q.Əzizxanlya mayın 8-də təqdim edilmişdir....

28.04.2023“Xəzər”in müəlliminin yeni şeirlər kitabı çap olunubXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, tanınmış şair və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Haqqararın (Əzizxanlı) “Nə o - yelkən, nə bu - gəmi” adlı beşinci şeirlər kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Məzmununa görə dörd bölümdən ibarət kitabın ilk bölümü “Dualar”da şair inam, iman və etiqadın insan mənəviyyatının saf, pak, kamil formalaşmasındakı önəmini nəzərə çatdırır və duaları ilə də buna səsləyir. “İmza yerinə rəmzi qılınc” bölümündə müəllifin öz izahına görə “Qələmə, ...

20.04.2023Milli Elmlər Akademiyasında professor, akademik Hamlet İsaxanlı ilə görüş2023-cü il aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, ictimai xadim, görkəmli riyaziyyatşı alim, şair, yazıçı, tərcüməçi, publisist, son əsrlərin dünyaca təsdiq olunmuş azsaylı çoxbilgin (polimat) şəxsiyyətlərindən biri professor, akademik Hamlet İsaxanlı ilə 75 illik yubileyi münasibətilə görüş keçirildi. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçən tədbirdə AMEA və Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, elm xadimləri, media nümayəndələri ...

31.03.2023Professor, akademik Hamlet İsaxanlının 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans2023-cü il martın 29-da Xəzər Universitetinin Mərmər salonunda universitetin Dillər və ədəbiyyatlar departamentinin təşkilaçılığı ilə Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, şair, yazıçı, publisist, tərcüməçi, eım, mədəniyyət və təhsil tarixi üzrə mürəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi professor, akademik Hamlet İsaxanlının 75 illiyinə həsr olunmuş “Humanitar elmlər yeni paradiqmalar kontekstində” adlı gənc tədqiqatçıların beynəl...