Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr.Sevinc Qəmbərova İctimai Radioda 21 fevral-Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Can, Azərbaycan!” verilişinin qonağı olub. Dr. Sevinc Qəmbərova bu günün mahiyyətindən, Azərbaycan dilinin tarixi köklərindən, türk dilləri ailəsində mövqeyindən, səciyyəvi xüsusiyyətlərindən, qloballaşma şəraitində Azərbaycan dilinə olan qayğıdan, dilin təmizliyini pozan amillərdən, kiçik yaşlarından başlayaraq uşaqların nitqinin düzgün formalaşdırlmasının vacibliyindən bəhs edib.