2024-cü il martın 12,13 və 14-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr.Sevinc Qəmbərovanın “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə “Nitqin təmizliyini pozan amillər və onlarla mübarizə yolları” mövzusunda açıq dərsləri təşkil olunmuşdur. Dərslərdə tələbələr qruplar şəklində nitqin təmizliyini pozan amilləri araşdırmış, mövzu ilə bağlı səhnəciklər oynanılmış, rəsmlər, əyani vəsaitlər, video və slaydlar nümayiş etdirilmişdir.