KİM Xəzər Universitetinin təhsil missiyasının mərkəzində yer alan və onun həyata keçirilməsini dəstəkləyən çoxsaylı xidmətlər, texnologiyalar, pulsuz Wi-Fi və birgə iş məkanları təqdim edir.
Kitabxana haqqında bilmək istədiyiniz 10 məlumat:
10.KİM video tur - burada müxtəlif resurslar və məkanlar təqdim olunur!
9.Sizin tələbə biletiniz həmdə sizin kitabxana kartınızdır. Bunun vasitəsilə kitabları, DVD-ləri və başqa materialları əldə edə bilərsiniz.
8.Kitabxana həftənin beş günü açıqdır.
7.Dərsləriniz üçün hazırlanmış materiallar 24/7 elektron kurs ehtiyatlarına yerləşdiriləcəkdir.
6.Elektron məhsullardan yalnız qeyri-kommersiya, təhsil, elmi və ya tədqiqat məqsədilə istifadə etməsini təmin etmək üçün məsuliyyət daşıyırsınız.
5.Əgər sizə fərdi dərs üçün məkan lazımdırsa, Kitabxanada sakit yerlər mövcuddur; qrup layihəsi üzərində işləyirsinizsə, əməkdaşlıq otağını əvvəlcədən rezervasiya edin.
4.Kitabxana beş filiala sahibdir: Mərkəz Kampusu Kitabxanası, Nərimanov Kampus Kitabxanası, Dünya Məktəbi Kitabxanası və Sumqayıt Dünya Məktəbi Kitabxanası, Gəncə Dünya Məktəbi Kitabxanası.
3.Elektron kitablar, elektron jurnallar, elektron qəzetlər və tədqiqat məlumat bazalarına 24/7 çıxış mümkündür. Bizdə minlərlə çap kitab və DVD, eləcə də nadir kitablar və arxiv materialları mövcuddur. OPAC və DSpace-də istədiyiniz zaman axtarış edə bilərsiniz. Universitet daxilində hər kəs üçün pulsuz internetə çıxış təmin edilib.
2.Lazım olan qaynağı tapa bilmirsinizsə alternativ olaraq, Kitabxana Mübadilə Xidmətləri sizin üçün digər kitabxanalardan kitab və jurnal məqalələri sifariş etməyə kömək edir.
1.Tədqiqatınızla əlaqədar kömək lazımdırmı? Kitabxana heyəti ilə birbaşa əlaqə saxlaya bilərsiniz. Araşdırmalara əsaslanan tapşırıqlarınızda yardım üçün kitabxanaya zəng etmək və ya e-poçtla müraciət etməkdən çəkinməyin.
KİM-in əməkdaşlarına müraciət edə bilərsiniz
