Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1262 Arxiv
XƏBƏRLƏR
13 Dekabr, 2025Prof. Akad. Hamlet İsaxanlının kitablarının imza günü
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
11 Dekabr, 2025Xəzər Universitetinin  sabiq müəllimi Ədliyyə Akademiyasının rektoru təyin edilib
11 Dekabr, 2025Departament müdiri Hacettepe və Ankara Hacı Bayram Veli universitetlərində
11 Dekabr, 2025Tələbələr Azərbaycan Milli İncəsənət Muzeyində

V “Məmməd Araz Poeziya günü”nə yekun vurulub

2024-cü il aprelin 22-də V “Məmməd Araz Poeziya günü” çərçivəsində şairin anadan olmasının 90 illiyi münasibətilə ötən il elan olunmuş respublika üzrə şeir müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. I Fəxri Xiyabanda şairin məzarı üstündən başlayan və Xəzər Universitetində yekunlaşan tədbirə respublikanın ədəbiyyat, elm adamları, M. Araz şeirinin pərəstişkarları, şairin yaxınları və Xəzər Universitetinin müəllim - tələbə heyəti qatılıb.

Tədbir unudulmaz sənətkarın öz səsində “Ana torpaq, hər daşına üz qoyum” şeiri ilə başlayıb. Xəzər Universitetinin  Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri, Xəzər Universitetinin  Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologiya üzrə fəlsəfə doktoru şair Qardaşxan Əzizxanlı,  departamentin dosenti, tənqidçi-esseist Ülvi Babasoy çıxışlarında  şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıblar.

Xəzər Universitetinin  tələbələri Vəlixan Vəlixanlı, Əsiyyət Severxanova, Riad Səfərov, Xədicə Hüseynova şairin “Bir ömrün qonaqları” adlı pərdəsiz dram-zarafatını, Nurgül Umarlı “Palıd”, Əsiyyət Severxanova “Məndən ötdü, qardaşıma dəydi”, şeir ifası üzrə I və III “Məmməd Araz Poeziya günü”nün qalibi, Məmməd Araz adına “Qartal” mükafatı laureatı,  Laçın rayonu 33 saylı orta məktəbin X sinif şagirdi İbrahim Əhmədov “Bu, insan adlanan insan” şeirlərini səsləndiriblər.

Universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin filologiya ixtisası üzrə II kurs tələbələri  Elmira Heydərova, Xoşbəxt Quliyeva, Fidan Bağırzadə, Sevinc Abdullayeva, Aydan Mustafayeva, İlkanə Həşimova, Pərvanə Məhərrəmova, Güldənə Əkbərova, Haşimə Əliyeva, Gülər Durmuşzadə, Samirə Xanlarova, Rasimə Mehtiyeva, Ayla Yusifova, Mərcan  Əzizli və Xumar Şirvanovanın “Hər tələbə bir misra” layihəsində M.Arazın “Məhəbbət körpümüz” şeirini söyləmələri maraqla qarşılanıb.

Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqovanın pianoda müşaiyiəti ilə departamentin müəllimi Məhsəti Cabbarova (“Qızlar bulağı”), Təbiət elmləri və mühəndislik fakültəsinin tələbəsi Könül İbrahimova (“Bu torpağın, bu diyarın”) və aşıq Ramin Karayev (“Əlvida, dağlar”) şairin sözlərinə yazılmış  mahnıları ifa ediblər.

Sonra şeir üzrə respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Əli Bəbiroğluna (I yer), Sevinc Elsevərə (II yer), Xalid Mahmuda (III yer) qalib diplomları təqdim olunub. Müsabiqədə uğurlu iştirakına görə şairə Mina Rəşid, tələbələrdən Zəhraxanım Məmmədova, Rəşid Nəsirzadə, Amin Səfərov diplomlarla təltif edilib.

Azərbaycan Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olduğunu dilə gətirib. O bildirib ki, Məmməd Araz hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb. Böyük sənətkar Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. A.Abbas çıxışının sonunda tədbirin təşkilatçısı kimi Xəzər Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Tədbir M.Arazın öz səsində “Salamat qal” şeiri ilə yekunlaşıb.

Tədbir haqqında AZƏRTAC və digər informasiya agentlikləri, saytlar xəbər yayımlayıb.

https://azertag.az/xeber/v_memmed_araz_poeziya_gunune_yekun_vurulub-2974696 və s.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025