Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan köməkçisi vəzifəsinə vakansiya elan edir
Əsas vəzifələr
Fakültənin assistenti dekanın rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirir:
- Magistraturaya qəbul, qeydiyyyat və s. kimi məsələlərdə sənədləşdirmə işlərini həyata keçirmək;
- Tələbələrə lazım olan texniki dəstəyin təmin edilməsini təşkil etmək;
- Tələbələrə lazım olan fərdi konsultasiya və məşvərət komissiyasının təşkilini təmin etmək;
- Magistr və doktorant tələbələrin departamentlər ilə koordinasiyalı işini təşkil etmək və nəzarət etmək;
- Müvafiq qaydalara uyğun olaraq doktoranturaya və dissertanturaya qəbulun təşkilində iştirak etmək, sənədlərin qəbulunu həyata keçirmək;
- Doktoranturaya fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanlarını təşkil edilməsində sənədləşdirmələri həyata keçirmək;
- Dissertantura müsabiqəsinin aparılmasını təşkil etmək və sənədləşdirmələri həyata keçirmək.
- Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparmaq;
- Hər akademik ilin sonunda tələbələrin illik attestasiyası və tələbələrin nailiyyətlərinin təhlilinin hazırlanmasınında sənədləşdirmə işlərini həyata keçirmək:
- Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil etmək;
- Bütün magistr və fəlsəfə doktoru proqramları, tələbələr və məzunlar üçün funksional məlumat bazasını hazırlamaq və yeniləməklə davamlı saxlanılmasını həyata keçirmək;
- Tələbələrin elmi çap işlərinin və tezislərinin uyğun departamentlərdən əldə edilərək, magistratura və doktorantura şöbəsində saxlanılmasını və Xəzər Universitetinin Kitabxana bazasına təqdim olunmasını təmin etmək;
- Tələbələrin təliminin və tədqiqatının keyfiyyətini təmin etmək üçün Kitabxana İnformasiya Mərkəzi və uyğun departamentlər ilə koordinasiyanı təmin etmək;
- Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin etmək;
- Magistr, doktorant və dissertant tələbələr ilə əlaqə saxlayaraq tələb edilən məlumatları vaxtında çatdırmaq;
- Magistr, doktorant və dissertant tələbələrdən tələb edilən sənədləri toplayıb bölmədə lazımi qaydada saxlanılmasını təmin etmək;
- Bölməyə müəyyən sənədlərlə bağlı vaxtaşırı müraciət edən magistrant, doktorant və dissertantlarla işin təşkilini həyata keçirmək;
- Təhsil müddəti bitmiş, doktorant və dissertantların çıxış əmrlərinin vaxtında hazırlanmasını həyata keçirmək;
- İclas protokollarını hazırlamaq;
- Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək.
Tələb olunan bilik, bacarıq və vərdişlər
- Fakültənin profilinə uyğun magistr dərəcəsi
- İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları
- Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları
- Yaxşı kompüter vərdişləri (Microsoft Office)
- Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları
- Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı
- Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyəti
- Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı.
Müraciət üçün tələb olunan sənədlər
- Tərcümeyi hal (CV)
- Müraciət məktubu
- Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
İşə başlama tarixi: 1 sentyabr, 2024-cü il
Maraqlananlar 20 avqust, 2024-cü il tarixinə qədər greconomics@khazar.org mail ünvanına sənədlərini göndərə bilər
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinə assistent tələb olunur
Tələb olunan bilik və bacarıqlar:
Departamentin profilinə uyğun bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür)
Azərbaycan dilini səlis bilmək,
İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları,
MS Office proqramları üzrə biliklər,
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı olmalıdır,
Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqlarına yiyələnməlidir.
Uyğun namizədlər CV-ni 10 Aprel 2024-ci il tarixinə qədər mabbasova@khazar.org email ünvanına göndərə bilərlər.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Xəzər Universiteti Mühasibatlıq şöbəsi mühasib vəzifəsinə vakansiya elan edir
Mühasib baş mühasibin rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir:
- Bank əməliyyatlarının icra edilməsi
- Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi (vergi, DSMF, statistika hesabatları və s.)
- Debitor və kreditor sənədlərin 1C-ə işlənməsi
- Daxil olan və silinən mal-materialların siyahıya alınması
- Baş mühasibin tələb etdiyi digər işləri görmək
Əsas tələblər və bacarıqlar:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və Audit və oxşar fakültələr)
- 21-30 yaş aralığı
- Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; əcnəbi tələbələr və müəllimlərlə ingilis dilində şifahi və yazılı ünsiyyət qura bilməlidir
- 1C proqramından istifadə bacarığı
- E-taxes.gov.az və s. portallardan istifadə etmək
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
- Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
Maraqlanan namizədlər öz CV-lərini fevral ayının 15-nə qədər Xəzər Universitetinin baş mühasibi Ləman Vurğun qızına (e-mail: lvurgun@khazar.org) “Mühasib” başlığı altında göndərə bilərlər.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Xəzər Universiteti İqtisadiyyat və Menecment departamentinin müdiri vəzifəsinə vakansiya elan edir
Tələblər:
- Müvafiq ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi
- Mükəmməl İngilis dili biliyi
- Müvafiq sahədə tədqiqat aparmaq və nüfuzlu elmi jurnallarda məqalə dərc etmək bacarığı
- Bakalavr və magistr proqramlarında ixtisas üzrə fənləri tədris etmək
- Beynəlxalq standartlara uyğun olaraq tədris proqramlarının hazırlanması bacarığı
- Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
- Təşkilati və yüksək səviyyəli ünsiyyət bacarıqları
- Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı digər vəzifələri yerinə yetirməsi
İş təcrübəsi: 2 il və ya daha çox
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər economics@khazar.org e-mail ünvanına CV və müşayiət məktubunu göndərə bilərlər.
Xəzər Universiteti Tədris departamentinə assistent vəzifəsinə vakansiya elan edir
Departament assistenti departament rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir:
- Bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan təhsilalanlara zəruri olan texniki dəstəyin, fərdi konsultasiyanın təşkilini təmin etmək;
- Semestrin və tədris ilinin sonunda təhsilalanların illik attestasiyası və nailiyyətlərinin təhlilinin hazırlanması, sənədləşdirmə işlərini həyata keçirmək;
- Bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilalanların departamentlə koordinasiyalı işini təşkil etmək və nəzarət etmək;
- Departamentin fəaliyyəti ilə bağlı sənədləşdirmə işlərini həyata keçirmək;
- Təhsilalanların və məzunların məlumat bazasını hazırlamaq və yeniləməklə davamlı əlaqə saxlanılmasını həyata keçirmək;
- Departamentin iclas protokollarını hazırlamaq;
- Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək
Tələb olunan bilik və bacarıqlar:
- Departamentin profilinə uyğun magistr dərəcəsi;
- Azərbaycanca mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
- Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları;
- Ofis proqramlarında işləmək bacarığı;
- Komanda işi – insanları əməkdaşlığa, ideyalarını bölüşməyə təşviq etmək bacarığı;
- Liderlik, müstəqil və komanda üzvü kimi işləmək bacarığı;
- İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları.
Uyğun namizədlər CV-ni 10 fevral 2024-ci il tarixinə qədər Təhsil Departamentinin Koordinatorunun mail ünvanına (laliyeva@khazar.org) göndərə bilərlər.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Təsisçi və Direktorlar və Qəyyumlar Şurasının Sədrinin Köməkçisi Vakansiyası
Vəzifənin adı: Təsisçi və Direktorlar və Qəyyumlar Şurasının Sədrinin Köməkçisi
İşin təsviri: Təsisçiyə birbaşa administrativ və katiblik dəstəyinin göstərilməsi
Vəzifə və öhdəliklər:
- Təsisçinin gündəliyinin hazırlanması, Direktorlar və Qəyyumlar Şurası ofisində görüşlərin və iclasların təşkili, Təsisçi ilə birbaşa görüşlərə nəzarət edilməsi
- Akademik mətnlərin tərcüməsi, tədqiqat aparılmasına dəstək, redaktə işləri
- Xəzər Humanitar və Sosial Elmlər jurnalının koordinasiyası
- İcmalların, təqdimatların (pptx) və yazışmaların hazırlanması (məktublar və emaillər)
- Məlumat bazalarının idarə edilməsi, sənədlərin klassifikasiyası və saxlanılması
- Universitet heyəti, tələbələr və ofis tələbatları ilə bağlı tədarükçülərlə, eyni zamanda hökumət və qeyri-hökumət institutları ilə əlaqə saxlanılması
- Təsisçinin iştirak etdiyi iclaslar və tədbirlər haqqında xəbər materialının hazırlanması
- İclaslar zamanı qeydlər yazılması və iclas iştirakçılarına göndərilməsi, ofisdə zənglərə cavab verilməsi
- Viza məsələləri ilə məşğul olmaq, iş səyahətlərinin təşkili, nəqliyyat və otel bronlaşdırılması
- Təsisçinin şəxsi blogunun və sosial media hesablarının idarə edilməsi/nəzarət edilməsi
- Təsisçiyə gündəlikdə olan əsas məsələlərin və son tarixlərin (deadlines) xatırladılması
- Ofis ödəmələrinin, uçot aparılmasının, yaxşı kommunikasiya və xidmətin öhdəsindən gəlmək
- Lazım olduqda Təsisçiyə ofisin fərqli katiblik məsələlərində dəstək
Namizədin xüsusiyyətləri:
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil dərəcəsi (Magistr dərəcəsinin olmasına üstünlük verilir)
- Xaricdə təhsil (üstünlük verilir)
- Ən azı iki illik professional iş təcrübəsi (PA və ya Executive Assistant təcrübəsi olması arzuolunandır)
- Azərbaycan, ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti
- Yaxşı kompüter bacarıqları (MS Office proqramları, Outlook, Web, blog)
- Yaxşı idarəçilik və ünsiyyət qabiliyyəti
- Gizlilik və etibarlılıq
- Komanda işində bacarıqlılıq, təşəbbüskar və müxtəlif məqsədlər və prioritetlər istiqamətində işləmə bacarığı
- Təşkilatçılıq və eyni zamanda bir neçə yöndə işləmə bacarıqları
- Universitet heyəti və qonaqlar ilə yaxşı professional iş əlaqələri qurmaq və bunu qorumaq
- Universitet etik qaydalarına və Universitetin cəmiyyətdəki roluna hörmətlə yanaşmaq
İş məkanı:
- İş əsasən Universitet daxilində, Direktorlar və Qəyyumlar Şurasında həyata keçiriləcək. Nadir hallarda digər ərazilərə getmək lazım olacaq
- Lazım olduqda təyin olunmuş iş saatlarından əlavə qalmaq tələb oluna bilər
İş şərtləri:
Menecer: Təsisçi
İş məkanı: Direktorlar və Qəyyumlar Şurası
Saatlar: hər gün 8 saat (Bazar ertəsi – Cümə)
Çox iş olduğu zaman iş saatlarında dəyişiklik tələb oluna bilər
Tətillər: ildə bir dəfə/bir ay ödənişli məzuniyyət, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsis edilmiş bütün ölkəyə şamil olunan rəsmi bayramlar
Bildiriş müddəti: hər hansısa tərəf bir ay öncədən məlumat verməlidir (və yaxud qanunvericiliyə əsaslanaraq)
Bütün tələblərə cavab verən namizədlərdən 20 fevral 2024-cü il tarixinədək international@khazar.org ünvanına Təsisçi və Direktorlar və Qəyyumlar Şurasının Sədrinin Köməkçisi başlığı ilə CV və ingilis dilində yazılmış Cover Letter göndərmələri xahiş olunur.
Beynəlxalq tələbələr üzrə işə qəbul mütəxəssisi üçün vakansiya
Vakansiyanın adı: Beynəlxalq tələbələr üzrə işə qəbul mütəxəssisi
İş rejimi: Tam ştat
Departament: Beynəlxalq Əlaqələr Ofisi
Bakı, Xəzər Universiteti (Neftçilər kampusu)
Müqavilənin müddəti və forması: Bir (1) illik xidmət müqaviləsi, qənaətbəxş nəticə olduğu halda yenilənə bilər.
Son tarix: 22 oktyabr 2023-cü il, Bakı vaxtı ilə saat 18:00.
Müraciət etmək üçün CV-nizi Xəzər Universitetində Khazar University Careers mövzusu ilə international@khazar.org ünvanına göndərin.
Vəzifə və öhdəliklər
Bu vəzifə ilə əlaqəli vəzifə və məsuliyyətlərə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
- Universitetin Beynəlxalq Strategiyasını dəstəkləmək üçün təyin olunmuş ölkələrdə beynəlxalq tələbə qəbuluna rəhbərlik etmək
- Bakalavr və magistr tələbələrinin işə qəbulu üçün təşviq və təbliğat, potensial tələbələr, agentlər, təqaüd təşkilatları və səfirliklərlə birbaşa iş
- Təqaüd müraciətlərinin qiymətləndirilməsində rəhbərliyə və fakültələrə dəstək vermək və verilən qərarları uğurlu namizədlərə bildirmək, qəbul Komissiyası və fakültələrlə əlaqə quraraq potensial və cari müraciət edənlərə məsləhət və dəstək vermək.
- Rektorluq və beynəlxalq əlaqələr departamentinin müdiri tərəfindən müəyyən edilmiş digər vəzifələr
Şəxsi keyfiyyətlər və bacarıqlar:
- Mədəniyyətlərarası ünsiyyət bacarığı və müxtəlifliklə bağlı məlumatlılığı
- İngilis dilində səlis danışmaq və yazmaq bacarığı
- Ən azı iki il tələbə qəbulu sahəsində təcrübəsi
- Beynəlxalq Münasibətlər, Biznes, Marketinq və ya əlaqəli sahədə magistr dərəcəsi
- Beynəlxalq təhsil qurumları ilə işləmək və tələbə işə qəbul yarmarkalarında iştirak etmək
Tədris İşləri üzrə Prorektorun assistenti vakansiyası
Əsas tələblər və bacarıqlar:
- Bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür)
- Mükəmməl Azərbaycan və ingilis dili biliyi
- Təşkilat və ünsiyyət bacarıqları
- Sənədlərlə işləmək bacarığı
- Ofis proqramlarında işləmək bacarığı
Maraqlanan namizədlər öz CV-lərini 10 oktyabr 2023-cü il tarixinə qədər contact@khazar.org e-mail ünvanına "Tədris İşləri üzrə Prorektorun assistenti" başlığı altında göndərə bilərlər.
Kommunikasiya və Marketinq üzrə menecer vakansiyası
Vakansiyanın adı: Kommunikasiya və Marketinq üzrə menecer
İş rejimi: Tam ştat
Şöbə: Beynəlxalq şöbə
Təhsil səviyyəsi: Bakalavr (Magistr dərəcəsi arzu olunandır)
İş yeri: Bakı, Xəzər Universiteti (Neftçilər kampusu)
Müqavilənin müddəti və forması: Bir (1) illik xidmət müqaviləsi, qənaətbəxş nəticə olduğu halda yenilənə bilər.
Son tarix: 15 mart 2023-cü il, Bakı vaxtı ilə saat 18:00.
Müraciət etmək üçün CV-nizi Xəzər Universitetində Karyera mövzusu ilə zzulfugarova@khazar.org ünvanına göndərin.
Vəzifələr:
- Xəzər Universiteti brendinin idarə edilməsi və korporativ təlimatlara əməl olunmasının təmin edilməsi
- Universitet üçün sosial medianın monitorinqi və idarə olunması. Sosial mediada xəbərləri aktiv şəkildə paylaşmaq
- Veb məzmunu aktual saxlamaq və xəbərlər bölməsini idarə etmək (tezliklə yeni vebsayt istifadəyə veriləcək)
- Universitetdə baş verən tədbirlərin təbliği
- Universitetin departamentlərinə marketinq dəstəyinin göstərilməsi
- Marketinq və tanıtım materiallarının yaradılması
- Müştəri və bazar araşdırmalarının aparılması
- Ehtiyac olduqda marketinq agentlikləri ilə işləmək
- Marketinq strategiyası və təşəbbüslərinin işlənib hazırlanması
Şəxsi keyfiyyətlər və bacarıqlar:
- Dinamik və fəal olmaq
- Azərbaycan və ingilis dilində səlis danışmaq və yazmaq bacarığı. Yaxşı yazı bacarığının olması
- Marketinq sahəsində minimum iki illik iş təcrübəsi
- Sosial media idarəçiliyində təcrübə
- Universitet səviyyəsində təhsil
Xəzər Universiteti Kompüter elmləri departamenti assistent vəzifəsinə vakansiya elan edir
Departament assistenti departament rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirəcəkdir:
- Bakalvar pilləsində təhsil alan tələbələrə lazım olan texniki dəstəyin, fərdi konsultasiyanın təşkilini təmin etmək
- Hər akademik ilin sonunda tələbələrin illik attestasiyası və tələbələrin nailiyyətlərinin təhlilinin hazırlanmasınında sənədləşdirmə işlərini həyata keçirmək
- Magistr və doktorant tələbələrin departamentlə koordinasiyalı işini təşkil etmək və nəzarət etmək
- Müvafiq qaydalara uyğun olaraq doktoranturaya və dissertanturaya qəbulun təşkilində iştirak etmək, sənədlərin qəbulunu həyata keçirmək
- Doktoranturaya fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanlarını təşkil edilməsində sənədləşdirmələri həyata keçirmək
- Dissertantura müsabiqəsinin aparılmasını təşkil etmək və sənədləşdirmələri həyata keçirmək
- Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparmaq
- Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil etmək
- Bütün magistr və fəlsəfə doktoru proqramları, tələbələr və məzunlar üçün funksional məlumat bazasını hazırlamaq və yeniləməklə davamlı saxlanılmasını həyata keçirmək
- Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin etmək
- İclas protokollarını hazırlamaq
- Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək
Tələb olunan bilik və bacarıqlar:
- Departamentin profilinə uyğun magistr dərəcəsi
- Azərbaycanca mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları, həmçinin şəxsiyyətlərarası ünsiyyət bacarıqları.
- Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları
- Ofis proqramlarında işləmək bacarığı
- Komanda işi – insanları əməkdaşlığa, ideyaları bölüşməyə təşviq etmək bacarığı
- Əla liderlik bacarıqları və müstəqil və komanda üzvü kimi işləmək bacarığı
- İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları
Uyğun namizədlər CV-ni 20 noyabr 2022-ci il tarixinə qədər Kompüter Elmləri Departamentinin Koordinatorunun mail ünvanına (jmehri[at]khazar.org) göndərə bilərlər.
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Tam ştat müəllim / mühazirəçi
Xəzər Universitetinin Kompüter Elmləri Departamenti Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İT və Kompüter Elmlərinin digər sahələri üzrə (2023-cü ilin fevral və sentyabr aylarından başlayaraq) tam və ya yarım ştat müəllim/mühazirəçi vəzifəsi üçün vakansiya elan edir.
Kompüter elmləri sahəsində tədris təcrübəsi və çoxlu sayda nəşrləri olan yüksək motivasiyalı namizəd axtarılır. İdeal namizəd Xəzər Universitetində tədris dili olan ingilis dilində dərs deməyi bacarmalıdır.
Əmək haqqı namizədin ixtisas bacarığına və Xəzər Universitetinin maaş cədvəlinə müvafiq olaraq müəyyənləşdiriləcək.
İxtisas hazırlığı
Namizədlər müvafiq sahələrdə magistr və ya daha yüksək dərəcəsi olmalıdır. Namizədlər həmçinin bakalavr səviyyələrində tədris təcrübəsi olmalı və ingilis dilində tam sərbəst danışmalıdırlar.
Müraciət üçün tələb olunanlar
- Tərcümeyi hal
- Müraciət məktubu
- Tədris fəaliyyəti barədə məlumat (tələbələr tərəfindən son qiymətləndirilmə nəticələri əlavə olunmaqla)
- Elmi fəaliyyəti barədə məlumat
Maraqlanan namizədlər jmehri[at]khazar.org e-mail ünvanına sənədlərini göndərə bilər.
Suallarınız olarsa jmehri[at]khazar.org e-mail ünvanı vasitəsilə Kompüter Elmləri Departamentinin Koordinatoru Dos. Dr. Cavad Mehri ilə əlaqə saxlayın.
Müraciət üçün son tarix: 31 dekabr 2022-ci il
Assistent, Dosent və Professor Vəzifələri
Xəzər Universitetinin Kompüter Elmləri Departamenti Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İT və Kompüter Elmlərinin digər sahələri üzrə (2023-cü ilin fevral və sentyabr aylarından başlayaraq) tam ştat Assistent, Dosent və Professor vəzifələri üçün vakansiya elan edir.
Uğurlu namizədlərin tədqiqat aparması,dərs keçməsi və magistratura və doktorantura səviyyəsində tələbələrin elmi işlərinə rəhbərlik etməsi nəzərdə tutulur.
Əmək haqqı namizədin təcrübə və ixtisas bacarığına və Xəzər Universitetinin maaş cədvəlinə müvafiq olaraq müəyyənləşdiriləcək.
İxtisas bacarıqları:
Müraciət edənlər fəlsəfə doktoru dərəcəsinə və müvafiq sahədə nailiyyətlərə, tədqiqatlara malik olmalıdırlar. Namizədlər həmçinin bakalavr və magistr səviyyələrində mükəmməl tədris nəticələri nümayiş etdirməli və ingilis dilini tam səlis bilməlidirlər.
Müraciət üçün tələb olunanlar:
- CV
- Müşayiət məktubu
- Tədris fəaliyyəti barədə məlumat (tələbələr tərəfindən son qiymətləndirilmə nəticələri əlavə olunmaqla)
- Elmi fəaliyyəti barədə məlumat (nəşr üçün nəzərdə tutulan ən son məqalə əlavə olunmaqla)
- Tövsiyə məktubu verəcək üç şəxsin adı və onlar haqqında müvafiq məlumatlar
Maraqlanan namizədlər jmehri[at]khazar.org e-mail ünvanına sənədlərini göndərə bilər.
Suallarınız olarsa jmehri[at]khazar.org email ünvanı vasitəsilə Kompüter Elmləri Departamentinin Koordinatoru Dos. Dr. Cavad Mehri ilə əlaqə saxlayın.
Müraciət üçün son tarix: 31 dekabr 2022-ci il
Xəzər Universitetinin Fizika və elektronika departamentinə müəllim axtarılır
Xəzər Universitetinin Fizika və elektronika departamentinə “Elektrik və elektronika mühəndisliyi” və “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə müəllim axtarılır:
Tələblər:
- Magistr və ya Doktorluq dərəcəsi (xüsusi hallarda)
- İngilis dilində mükəmməl yazma və ünsiyyət qabiliyyəti
- Tədqiqat bacarıqları
- 1 il və ya daha çox (istisnalar da nəzərdən keçirilə bilər)
- Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları
Əsas vəzifələr:
- Akademik araşdırma aparmaq və elmi jurnallarda dərc etdirmək
- Bakalavr və magistratura tələbələrinə təyin olunan fənlərin tədrisi
- Universitet standartlarına cavab verən sillabusların hazırlanması
- Dərslər, müzakirələr, tapşırıqlar kimi kurs materialların hazırlanması və planlaşdırılması
- Departament istiqamətinə aid dərsdən kənar tədbirlər təşkil etməkdə kömək etmək
- Rəhbərlik tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək.
Qeyd: İşçinin səriştəsindən asılı olaraq, əməkhaqqı komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini iyunun 15-nə qədər bu e-mail ünvanılarna göndərə bilərlər: contact@khazar.org, farida.tatardar@khazar.org
Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan köməkçisi vəzifəsinə vakansiya elan edir
Əsas vəzifələr
Fakültənin assistenti dekanın rəhbərliyi altında aşağıdakı fəaliyyətləri həyata keçirir:
- Magistraturaya qəbul, qeydiyyyat və s. kimi məsələlərdə sənədləşdirmə işlərini həyata keçirmək
- Tələbələrə lazım olan texniki dəstəyin təmin edilməsini təşkil etmək
- Tələbələrə lazım olan fərdi konsultasiya və məşvərət komissiyasının təşkilini təmin etmək
- Magistr və doktorant tələbələrin departamentlər ilə koordinasiyalı işini təşkil etmək və nəzarət etmək
- Müvafiq qaydalara uyğun olaraq doktoranturaya və dissertanturaya qəbulun təşkilində iştirak etmək, sənədlərin qəbulunu həyata keçirmək
- Doktoranturaya fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanlarını təşkil edilməsində sənədləşdirmələri həyata keçirmək
- Dissertantura müsabiqəsinin aparılmasını təşkil etmək və sənədləşdirmələri həyata keçirmək
- Doktorant və dissertantların minimum imtahanlarının verilməsi prosesində sənədləşmələri aparmaq
- Hər akademik ilin sonunda tələbələrin illik attestasiyası və tələbələrin nailiyyətlərinin təhlilinin hazırlanmasınında sənədləşdirmə işlərini həyata keçirmək
- Tələbələrin elmi məqalə və dissertasiya işlərinin plagiat yoxlamalarını təşkil etmək
- Bütün magistr və fəlsəfə doktoru proqramları, tələbələr və məzunlar üçün funksional məlumat bazasını hazırlamaq və yeniləməklə davamlı saxlanılmasını həyata keçirmək
- Tələbələrin elmi çap işlərinin və tezislərinin uyğun departamentlərdən əldə edilərək, magistratura və doktorantura şöbəsində saxlanılmasını və Xəzər Universitetinin Kitabxana bazasına təqdim olunmasını təmin etmək
- Tələbələrin təliminin və tədqiqatının keyfiyyətini təmin etmək üçün Kitabxana İnformasiya Mərkəzi və uyğun departamentlər ilə koordinasiyanı təmin etmək
- Magistr, doktorant və dissertantların bütün fayl və məlumatlar ilə bağlı sənədlərinin lazımi qaydada saxlanılmasını təmin etmək
- Magistr, doktorant və dissertant tələbələr ilə əlaqə saxlayaraq tələb edilən məlumatları vaxtında çatdırmaq
- Magistr, doktorant və dissertant tələbələrdən tələb edilən sənədləri toplayıb bölmədə lazımi qaydada saxlanılmasını təmin etmək
- Bölməyə müəyyən sənədlərlə bağlı vaxtaşırı müraciət edən magistrant, doktorant və dissertantlarla işin təşkilini həyata keçirmək
- Təhsil müddəti bitmiş, doktorant və dissertantların çıxış əmrlərinin vaxtında hazırlanmasını həyata keçirmək
- İclas protokollarını hazırlamaq
- Digər kargüzarlıq işinin təşkilinin düzgün aparılmasını həyata keçirmək
Tələb olunan bilik, bacarıq və vərdişlər
- Fakültənin profilinə uyğun magistr dərəcəsi
- İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları
- Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları
- Yaxşı kompüter vərdişləri (Microsoft Office)
- Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları
- Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı
- Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyəti
- Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı
Müraciət üçün tələb olunan sənədlər
- Tərcümeyi hal (CV)
- Müraciət məktubu
- Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
İşə başlama tarixi: 1 Mart, 2022 Maraqlananlar 15 fevrala qədər economics@khazar.org e-mail ünvanına sənədlərini göndərə bilər.
Xəzər Universiteti “İqtisadiyyat və Biznes Yüksək Təhsil” fakültəsinin dekan müavini vəzivəsinə vakansiya elan edir
Dekan müavini dekanlıqda qəbul edilmiş səlahiyyətlər bölgüsü daxilində fakültənin fəaliyyətinin gündəlik idarə edilməsini, ayrı-ayrı bölmələrin işinin əlaqələndirilməsini və işin gedişatına nəzarəti təmin edən, fəaliyyətin nəticələrinə dair ilkin hesabatları hazırlayan səlahiyyətli şəxsdır. Fakültənin gündəlik idarəetmə və nəzarət siyasətinin həyata keçirilməsində, o, dekan və kafedra müdirləri ilə sıx əməkdaşlıq edir. Dekan müavini fəaliyyəti barədə dekana hesabat verir.
Əsas vəzifələr
- Kafedraların təklifləri və dekanın tövsiyyələri əsasında semestrlər üzrə tədris yükünün hazırlanması
- Dərs və imtahan cədvəllərinin hazırlanması. İmtahanların keçirilməsi və nəzarətin təşkili
- Tələbələrin qeydiyyatdan keçirilməsinin təşkili
- Fənn proqramlarının (sillabusların) departamentlərdən toplanılması, proqramların Xəzər Universitetinin müəyyən etdiyi tələblərə uyğunluğunun yoxlanılması və təsdiqlənmə üçün dekana təqdim edilməsi
- Hər semestr ixtisasına uyğun iki fənni tədris etmək
- Dərslərin gündəlik gedişatına nəzarət və pozuntular barədə dekanın məlumatlandırılması
- Akademik nailiyyətlərin yüksəldilməsi, tədrisin keyfiyyətinin artırılması
- Fakültə və departament ilə birgə əməkdaşlıq edərək dissertasiyaların ilkin müzakirəsi komissiyasının yaradırılması və fəaliyyətində iştirak etmək
- Məzunluq sənədlərinin vaxtında hazırlanması və sənədlərin dekana təqdim edilməsi
- Elmi tədqiqatlar aparılması və nüfuzlu jurnallarda məqalələrin dərc edilməsi
Tələb olunan biliklər, bacarıq və vərdişlər
- Sənədlərlə işləmək, yazışma və kargüzarlıq bacarıqları
- İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları
- Tələbə və işçilərlə yaxşı ünsiyyət bacarıqları
- Danışıq aparmaq və münaqişələri həll etmək bacarıqları
- Yaxşı kompüter vərdişləri (Microsoft Office)
İxtisas hazırlığı
- Fakültənin profilinə uyğun sahədə fəlsəfə doktoru elmi dərəcəsi
- Universitetdə iş təcrübəsi
- Elmi nailiyyətləri
Müraciət üçün tələb olunan sənədlər
- Tərcümeyi hal
- Müraciət məktubu
- Tədris fəaliyyəti barədə məlumat (tələbələr tərəfindən son qiymətləndirilmə nəticələri əlavə olunmaqla)
- Elmi fəaliyyəti barədə məlumat (nəşr üçün nəzərdə tutulan ən son məqalə əlavə olunmaqla)
- Tövsiyyə məktubu verəcək üç şəxsin adı, vəzifəsi və E-poçt ünvanları
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
İşə başlama tarixi: Fevral 2022
Maraqlanan namizədlər dekabrın 31-nə qədər economics@khazar.org e-mail ünvanına sənədlərini göndərə bilərlər.
Xəzər Universiteti Kompüter elmləri departamentinin müdiri vəzifəsinə vakansiya elan edir
Əsas tələblər və bacarıqlar:
- Müvafiq ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi
- Mükəmməl İngilis dili biliyi
- Müvafiq sahədə tədqiqat aparmaq və nüfuzlu elmi jurnallarda məqalə dərc etdirmək bacarığı
- Beynəlxalq standartlara uyğun olaraq tədris proqramlarının hazırlanması bacarığı
- İnformasiya texnologiyalarını tədrisə inteqrasiya etmək bacarığı
- Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
- Təşkilati və yüksək səviyyəli ünsiyyət bacarıqları
- Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı digər vəzifələri yerinə yetirməsi
İş təcrübəsi:
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Maraqlanan namizədlər iyul ayının 1-nə qədər contact@khazar.org e-mail ünvanına CV göndərə bilərlər.
Xəzər Universiteti Neft mühəndisliyi departamentinin müdiri vəzifəsinə vakansiya elan edir
Əsas tələblər və bacarıqlar:
- Müvafiq ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi
- Mükəmməl İngilis dili biliyi
- Müvafiq sahədə tədqiqat aparmaq və nüfuzlu elmi jurnallarda məqalə dərc etdirmək bacarığı
- Beynəlxalq standartlara uyğun olaraq tədris proqramlarının hazırlanması bacarığı
- Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
- Təşkilati və yüksək səviyyəli ünsiyyət bacarıqları
- Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı digər vəzifələri yerinə yetirməsi
İş təcrübəsi:
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir. Maraqlanan namizədlər iyul ayının 1-nə qədər contact@khazar.org e-mail ünvanına CV göndərə bilərlər.
Xəzər Universitetinə müxtəlif departamentlər üzrə tam ştat işçi heyəti axtarılır
Əsas tələblər və bacarıqlar:
- Magistr və ya bakalavr dərəcəsi (xüsusi hallarda)
- Mükəmməl Azərbaycan və ingilis dilləri biliyi
- Təşkilati və yüksək səviyyəli ünsiyyət bacarıqları
- Microsoft Office kompüter proqramlarında peşəkar işləmə bacarığı
- Sənədlərlə işləmək bacarığı
- Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı bütün digər vəzifələri yerinə yetirməsi
İş təcrübəsi:
1 il və ya daha çox (istisnalar da nəzərdən keçirilə bilər)
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-ni avqust ayının 26-na qədər contact@khazar.org e-mail ünvanına göndərə bilərlər.
Xəzər Universitetinə Dizayn ixtisası üzrə koordinator vəzifəsinə işçi tələb olunur
Tələblər:
- Dizayn sahəsi üzrə ən azı 3 illik iş təcrübəsi (Fəlsəfə doktoru elmi dərəcəsinə sahib olan namizədlərə üstünlük verilir)
- İdarəetmə və təşkilati bacarıqlar
- Yüksək səviyyəli ünsiyyət bacarıqları
Əsas vəzifələr:
- Departamentin dərs yükünün planlaşdırılması və hazırlanması
- Dərs yükünə uyğun dərslərin təşkili
- Universitet standartlarına cavab verən tədris planının və sillabusların hazırlanması
- Tədris prosesində müasir tədris metodlarından, İKT-dən geniş istifadə olunmasının təmin edilməsi
- Müəllim heyətinin komplektləşdirilməsinin təminatı
- Dərsdən əlavə universitet tədbirlərinin təşkil olunmasında iştirakı
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı bütün digər vəzifələri yerinə yetirməsi
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-ni avqust ayının 26-na qədər contact@khazar.org email ünvanına göndərə bilərlər.
Xəzər Universitetinə Dizayn ixtisası üzrə müəllim tələb olunur
Tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Müasir Dizayn proqramlar ilə işləmək bacarığı
- Auditoriya ilə işləmək bacarığı
- Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları
Əsas vəzifələr:
- Universitet standartlarına cavab verən sillabusların hazırlanması
- Tədris prosesində müasir tədris metodlarından, İKT-dən geniş istifadə olunması
- Dərs materialının hazırlanması
- Dərsdən əlavə universitet tədbirlərinin təşkil olunmasında iştirakı
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı bütün digər vəzifələri yerinə yetirməsi
İş təcrübəsi:
1 il və ya daha çox (istisnalar da nəzərdən keçirilə bilər)
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-ni avqust ayının 26-na qədər contact@khazar.org e-mail ünvanına göndərə bilərlər.
Vakansiya: Müəllim axtarılır
Xəzər Universitetinə aşağıdakı departamentlər üzrə tam ştat müəllim heyəti axtarılır:
- Dillər və ədəbiyyatlar (Azərbaycan dili və ədəbiyyatı)
- Təhsil
- Kimya və kimya mühəndisliyi (Kimya)
- Coğrafiya və ətraf mühit
- Kompüter elmləri
- İqtisadiyyat və menecment
- Fizika və elektronika
- Neft-qaz mühəndisliyi
Tələblər:
- Doktorluq dərəcəsi
- İngilis dilində mükəmməl yazma və ünsiyyət qabiliyyəti
- Tədqiqat bacarıqları
- Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
- Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları
Əsas vəzifələr:
- Akademik araşdırma aparmaq və elmi jurnallarda dərc etdirmək
- Bakalavr və magistratura tələbələrinə təyin olunan fənlərin tədrisi
- Universitet standartlarına cavab verən sillabusların hazırlanması
- Dərslər, müzakirələr, tapşırıqlar kimi kurs materialların hazırlanması və planlaşdırılması
- Departament istiqamətinə aid dərsdən kənar tədbirlər təşkil etməkdə kömək etmək
- Rəhbərlik tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək.
Qeyd: İşçinin səriştəsindən asılı olaraq, əməkhaqqı komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini martın 15-nə qədər e-mail ünvanına göndərə bilərlər: contact@khazar.org.
Vakansiya: İşçi axtarılır
Xəzər Universitetinə aşağıdakı departamentlər üzrə tam ştat işçi heyəti axtarılır:
- Dillər və ədəbiyyatlar (Azərbaycan dili və ədəbiyyatı)
- Təhsil
- Kimya və kimya mühəndisliyi (Kimya)
- Coğrafiya və ətraf mühit
- Kompüter elmləri
- İqtisadiyyat və menecment
- Fizika və elektronika
- Neft-qaz mühəndisliyi
Əsas tələblər və bacarıqlar:
- Magistr və ya bakalavr dərəcəsi (xüsusi hallarda)
- Azərbaycan və ingilis dillərini mükəmməl yazma və ünsiyyət qabiliyyəti (Rus dilini işçi səviyyədə bilmək arzu olunandır)
- Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları
- Microsoft Office kompüter proqramlarında sərbəst işləmə bacarığı
- Sənədlərlə işləmək bacarığı
- Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
- Departamentin müdiri və koordinatoru tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək
İş təcrübəsi:
1 il və ya daha çox (istisnalar da nəzərdən keçirilə bilər).
Qeyd: İşçinin səriştəsindən asılı olaraq, əməkhaqqı komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini martın 15-nə qədər e-mail ünvanına göndərə bilərlər: contact@khazar.org.
Vakansiya: Müəllim axtarılır
Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, Mexanika mühəndisliyi departamenti 2019-2020-ci tədris ili üçün Mexanika mühəndisliyi ixtisası üzrə magistr və doktorluq dərəcəsi almış, “Solid Mechanics” və “Manufacturing” fənlərini tədris edəcək namizədlər axtarır. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir. Maraqlanan namizədlər öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: falimardanova@khazar.org.
Vakansiya: Beynəlxalq əlaqələr şöbəsi koordinator axtarır
Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsi koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Minimum tələblər:
- Bakalavr dərəcəsi;
- Əla ingilis dili biliyi;
- Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
- Yaxşı təşkilatçılıq bacarığı;
- Təfsilatlara fikir vermək, öhdəlikləri vaxtında icra etmək, vaxtı idarə etmək bacarığı;
- Müstəqil və komanda işinə uyğulaşma, sürətli mənimsəmə bacarığı.
Vəzifə öhdəlikləri aşağıda göstərilmiş, eləcə də, digər bacarıqları ehtiva edir:
- Əcnəbi tələbələrin qəbulu prosesi;
- Əcnəbi tələbələrin qəbulunun koordinasiyası;
- Əcnəbi tələbələrin yönləndirilməsi və fəaliyyətə cəlb edilməsi;
- Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramının idarə edilməsi;
- Mevlana Mübadilə Proqramının koordinasiya edilməsi;
- ·Digər layihə və proqramların icrasında iştirak edilməsi.
Müraciət etmək istəyənlər 2018-ci il oktyabrın 10-dək öz CV-lərini “Coordinator at International Affairs Office” mövzusu ilə aşağıdakı emailə göndərə bilərlər: hr@khazar.org.
Gecikmiş müraciətlər nəzərə alınmayacaq. Ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 10 oktyabr 2018-ci il.
Beynəlxalq əlaqələr şöbəsi
Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsinin vəzifəsi əcnəbi tələbələrin qəbulu, qeydiyyatı, təlimlərə cəlb edilməsi, müəllim və tələbələr üçün mübadilə proqramları, universitet/təşkilat/Azərbaycandakı xarici səfirliklərlə əməkdaşlıq, eləcə də, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə əməkdaşlıq, o cümlədən, universitetin fəaliyyət çərçivəsində digər layihə və tapşırıqları özündə ehtiva edən beynəlmiləlləşmə strategiyasını hazırlamaq və icra etməkdir. Həmçinin, Beynəlxalq əlaqələr şöbəsi əcnəbi tələbə/tədqiqatçı/qonaqlara bələdçilik və məsləhət xidməti də göstərir. Beynəlxalq əlaqələr şöbəsi haqqında əlavə məlumatı bu link vasitəsilə əldə etmək olar: http://international.khazar.org/
Vakansiya: İnşaat Mühəndisliyi departamenti müəllim axtarır
Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, İnşaat Mühəndisliyi departamenti 2018-ci ilin payız semestrində əsas fənlərin (Engineering Drawing, Fluid Mechanics, Foundation Engineering, Architectural Structures, Fundamentals of Steel design, Reinforced Concrete Fundamentals I, Hydraulics, Engineering Seismology) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. İnşaat mühəndisliyi ixtisası üzrə magistr və doktorluq dərəcəsi almış azərbaycanlı şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: falimardanova@khazar.org.
Əlilliyi olan Tələbələr üçün Mərkəz əlilliyi olan tələbələri və məzunları əməkdaşlığa dəvət edir
Hörmətli Xəzər Universitetinin əlilliyi olan tələbələri və məzunları!
Hazırda iş axtarırsınızsa, CV-lərinizi rmammadova@khazar.org e-mail ünvanına göndərməyiniz xahiş olunur. Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzi bu sahədə Sizə dəstək göstərməyə hazırdır.
Hər hansı bir sualınız olarsa, e-mail və ya (012) 421-10-93 (dax. 234) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Vakansiya: Mexanika Mühəndisliyi departamenti müəllim axtarır
Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, Mexanika Mühəndisliyi departamenti 2018-ci ilin yaz semestrində əsas fənlərin (Fluid Mechanics II, Materials Science, Solid Works, System Dynamics and Control, Dynamics, Theory of Machines, Machine Vibration) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Mexanika mühəndisliyi ixtisası üzrə magistr və doktorluq dərəcəsi almış azərbaycanlı şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: falimardanova[at]khazar.org
Son müraciət tarixi 2018-ci il fevralın 15-dir.
Vakansiya: Siyasi elm və beynəlxalq münasibətlər departamenti inzibati köməkçi/laborant vəzifəsinə işçi axtarır
Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamenti inzibati köməkçi/laborant vəzifəsi üçün vakansiya elan edir.
Müraciət edən namizədlər minimum bu tələblərə cavab verməlidirlər:
- Uyğun ixtisas üzrə minimum bakalavr təhsili;
- Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (rus dili arzu olunandır);
- Kompüter proqramları və Microsoft Office (Word, PowerPoint, MS Project, Excel) proqramları ilə sərbəst işləmək bacarığı;
- İntizamlı və məsuliyyətli olmaq və verilən işləri vaxtında və peşəkarlıqla icra etmək bacarığı.
Maraqlananlar, dekabrın 30-dan gec olmayaraq, CV-lərini Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayevə göndərə bilərlər: elmar.mustafayev@khazar.org.
Vakansiya: Kompüter Elmləri və Kompüter Mühəndisliyi departamenti müəllim axtarır
Data Structures, Computer Organization, Operations Research, Introduction to Theory of Computation, Introduction to Compilers, Operating Systems, Information Security, Computer Graphics) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi olan şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris dili ingiliscədir. Maraqlananlar öz CV-lərini Kompüter Elmləri və Mühəndisliyi departamentinin koordinatoru Dr. Məhəmməd Şərifova göndərə bilərlər: msharifov[at]khazar.org.
Son müraciət tarixi 2018-ci il yanvarın 31-dir.
Vakansiya: Kitabxana-İnformasiya Mərkəzinə kitabxanaçı tələb olunur
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi kitabxanaçı vəzifəsi üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün kitabxanaçılıq üzrə ali təhsilin olması vacibdir.Kitabxanaçının vəzifələrinə daxildir:
- istifadəçiləri kitabxananın müxtəlif resursları ilə tanış etmək;
- kitabxanaya daxil olan informasiya resurslarının qeydiyyatını aparmaq, MARC formatında e-kataloqa daxil etmək;
- müəllim və tələbə heyətinə elektron biblioqrafik məlumat bazasında axtarışlarda kömək etmək;
- kitabxana tədbirlərində fəal iştirak etmək;
- kitabxana işi ilə bağlı gündəlik işləri yerinə yetirmək;
- digər vəzifələr.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilini mükəmməl şəkildə bilməli, ingilis dilində olan mətnləri başa düşməli, ofis proqramlarında işləməyi, ünsiyyət qurmağı, gərgin iş rejimində işləməyi bacarmalıdırlar. Namizəd məsuliyyətli olmalı, işləri vaxtlı-vaxtında və peşəkarlıqla görməlidir. Müsabiqədə iştirak etmək istəyənlər məktub və CV-ni amiskerli@khazar.org elektron poçt ünvanına göndərsinlər. Son müraciət tarixi 2017-ci il dekabrın 1-dir.
Vakansiya: İngilis dili müəlliminə ehtiyac var
Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamenti 2017-ci il payız semestri üçün “ingilis dili müəllimi” vəzifəsi üzrə vakansiya elan edir.
Ali məktəblərdə ingilis dilinin tədrisi üzrə ən az 3 illik təcrübəsi olan, dilçilik və ya ingilis dilinin tədrisi sahəsində magistr dərəcəsi olan müəllimlərə üstünlük veriləcək. Maraqlananlar 2017-ci il sentyabrın 1-dən gec olmayaraq, Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinə müraciət edə və CV-lərini göndərə bilərlər: emehdiyev[at]khazar.org.
Vakansiya: Mühəndislik və tətbiqi elmlər fakültəsi müəllim axtarır
Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsi, Kompüter elmləri və kompüter mühəndisliyi departamenti 2017-ci il yaz semestri dövründə əsas fənlərin tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi olan şəxslər müraciət edə bilərlər. Mühəndislik və tətbiqi elmlər fakültəsində tədris dili ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik fakültəsinin dekanı Dr.Hassan Niknafsa göndərə bilərlər. hniknafs@khazar.org.
Son müraciət tarixi 2017-ci il yanvarın 31-dir.
Vakansiya: Mühəndislik və tətbiqi elmlər fakültəsi müəllim axtarır
Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsi, Kompüter elmləri və kompüter mühəndisliyi departamenti 2017-ci il yaz semestri dövründə əsas fənlərin tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi olan şəxslər müraciət edə bilərlər. Mühəndislik və tətbiqi elmlər fakültəsində tədris dili ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik fakültəsinin dekanı Dr.Hassan Niknafsa göndərə bilərlər: hniknafs@khazar.org.
Son müraciət tarixi 2017-ci il yanvarın 31-dir.
Vakansiya: Rektorun ofis assistenti
Xəzər Universitetində rektorun ofis assistenti vəzifəsinə işçi tələb olunur. Gündəlik işlər: ofis işləri, sənədlərin idarə edilməsi, qonaqların qarşılaması, tədbirlər və görüşlərin təşkil edilməsi, rektorluqla bağlı digər gündəlik işlərdən ibarətdir.Namizəd Azərbaycan və ingilis dillərində sərbəst danışmalıdır, rus dilini bilənə üstünlük verilir. Namizəd məsuliyytəli olmalı, işləri vaxtlı-vaxtında və peşəkarlıqla görməlidir.Maraqlananlar məktub və CV-ni contact[at]khazar.org-a göndərsinlər (başlıqda “Rector Assistant Application” yazılsın).Son müraciət tarixi 2016-cı il dekabrın 15-dir.
Vakansiya: İngilis dili müəllimi
Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamenti 2016-cı il payız semestri üçün yarımştat ingilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Müraciət edənlərin dilçilik və ya ingilis dilinin tədrisi sahəsində magistr dərəcəsi olmalıdır.
Ali məktəblərdə ingilis dilinin tədrisi üzrə ən az 3 illik təcrübəsi olanlara üstünlük veriləcək.
Maraqlananlar Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinə 2016-cı il iyulun 10-dan gec olmayaraq müraciət edə və CV-lərini göndərə bilərlər: zqurbanova@khazar.org.
Kompüter müəllimi üzrə vakansiya elan olunur
Xəzər Universiteti Kompüter elmləri departamenti kompüter müəllimliyi üzrə vakansiya elan edir. Namizədlər arasında müsabiqə keçiriləcək. Müsabiqə ölkədaxili namizədlər üçün nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək üçün namizədlərdən aşağıdakı şərtlər tələb olunur:
- İxtisas üzrə ən azı magistratura diplomunun olması
- Elmi tədqiqat bacarığının olması
- İngilis dilində tədris bacarığının olması
Əlavə məlumat almaq üçün bu e-mail-ə müraciət edə və CV-nizi göndərə bilərsiniz: jmehri@khazar.org.
Vakansiyaya son müraciət tarixi Sentyabrın 1-dir
İqtisadiyyat və Menecment Departamenti- Maliyyə Bölməsinin Koordinatoru
İş barədə məlumat
- Təhsil proqramlarının və iş sxemlərinin, o cümlədən departament sənədlərinin hazırlanmasında departament müdirinə kömək etmək.
- Departamentin ixtisas sahələri ilə bağlı fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və həyata keçirilməsində departament müdirinə kömək etmək.
- Müxtəlif təhsil proqramları ilə bağlı məlumat toplamaq və ilkin təhlil etmək.
- Bakalavr və magistr proqramlarında maliyyə fənlərini tədris etmək.
- Müəllimlər ilə ünsiyyət saxlamaq və fənn üzrə işçi tədris proqramlarını toplamaq.
- Departamentdə yerinə yetirilən elmi-tədqiqat işlərində iştirak etmək və tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallarda dərc etmək.
- Departament müdiri tərəfindən tapşırılan vəzifələri yerinə yetirməklə departamentin ümumi idarə olunmasına kömək etmək.
Tələblər
- Maliyyə/Mühasibat sahəsi üzrə fəlsəfə doktoru dərəcəsi (və yaxud bitirmək üzrə).
- Əla səviyyədə ingilis dili (danışıq və yazılı).
- Yaxşı kompyuter bacarıqları (o cümlədən, məlumat bazasını idarə etmə bacarığı).
- Yaxşı şifahi və yazılı ünsiyyət qurmaq və səmərəli işləmək bacarıqları.
- Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı.
- Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyətinə malik olmaq.
- Vaxt və stress idarəetmə bacarığı.
- Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı.
İşə başlama tarixi: 2016-cı ilin sentyabr ayı.
Müsabiqədə iştirak etmək üçün maraqlanan namizədlərdən tərcümeyi-hal, rəy (rəy verən 3 şəxsin əlaqə məlumatları) və motivasiya məktublarını İqtisadiyyat və Menecment Departamentinin müdiri Dr. Ceyhun Məmmədova göndərmələri xahiş olunur: jmammadov@khazar.org.
Fars dili müəllimi üzrə dosent vəzifəsi vakansiyası
Xəzər Universiteti Dillər və mədəniyyətlər kafedrası fars dili müəllimi üzrə dosent vəzifəsi vakansiyası (1 yer) üçün müsabiqə elan olunur. Müsabiqə daxili namizədlər üçün nəzərdə tutulmuşdur.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı şərtlər tələb olunur:
- İxtisas üzrə fəlsəfə doktoru elmi adı
- İxtisas üzrə 5 il pedaqoji staj
- Elmi tədqiqat bacarığı
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq, 30 gün müddətində Xəzər Universiteti “Neftçilər” kampusunda (506-cı otaqda) qəbul edilir.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Diplomların surəti
- Elmi əsərlərin siyahısı
Əlavə məlumat üçün bu nömrələrlə əlaqə saxlamaq olar:
Tel: +994 12 421 7916 (215);
Fax: +994 12 498 93 79.
Sənədlərin qəbulu komissiyası
Vakansiya: Tam ştat müəllim axtarılır
Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamenti tam ştat müəllim vəzifəsinə vakansiya elan edir.
Tələblər:
- Siyasi elmlər/Beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsi;
- İngilis dilində mükəmməl yazma və ünsiyyət qabiliyyəti;
- Tədqiqat bacarıqları;
- Departamentin fəaliyyət sahəsi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları.
Əsas vəzifələr:
- Bakalavr və magistratura tələbələrinə təyin olunan fənlərin tədrisi;
- Universitet standartlarına cavab verən sillabusların hazırlanması;
- Dərslər, müzakirələr, tapşırıqlar kimi kurs materialların hazırlanması və planlaşdırılması;
- Departament koordinatoruna siyasi elmlər, beynəlxalq münasibətlər ilə bağlı dərsdən kənar tədbirlər təşkil etməkdə kömək etmək;
- Akademik araşdırma aparmaq və elmi jurnallarda dərc etdirmək;
- Departamentin koordinatoru tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini bu E-mail ünvanına göndərə bilərlər: elmar.mustafayev@khazar.org. Müraciət edənlərin “Mövzu” hissəsinə vəzifənin adını (“Tam ştat müəllim”) qeyd etməsi tövsiyə olunur.