Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 32 Arxiv
XƏBƏRLƏR
19 Oktyabr, 2026“TEDxKhazarUniversity” tədbiri  
16 Oktyabr, 2026Ukraynanın Azərbaycandakı səfirindən “Xəzər”in tələbələri üçün seminar  
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
21 Oktyabr, 2026Professor Ulf Magnusson`un akademik səfəri
21 Oktyabr, 2026Süni intellektin əmək bazarına və gələcəyin cəmiyyətinə təsiri: ekspert rəyi
21 Oktyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda iştirak edib
21 Oktyabr, 2026İT Departament rəhbəri Fərid Musayev yaşlı insanların rəqəmsal təhlükəsizliyi barədə  
20 Oktyabr, 2026İT Departamentin rəhbəri rəsmi olmayan VPN xidmətlərindən istifadə ilə bağlı xəbərdarlıq edib

Professor Ulf Magnusson`un akademik səfəri

İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin professoru, FAO/WOAH-ın Transsərhəd Heyvan Xəstəliklərinə Nəzarət üzrə Qlobal Çərçivəsinin Tərəfdaşlıq və Maliyyələşdirmə Panelinin həmsədri Ulf Magnusson 2026- cı il 9-16 oktyabr aralığında Xəzər Universiteti Hasvet Baytarlıq təbabəti fakültəsində akademik səfərdə olmuşdur.

Səfərin əsas məqsədi fakültənin tədris proqramlarının və akademik fəaliyyətinin qiymətləndirilməsi, baytarlıq təhsilinin müasir beynəlxalq standartlara uyğun inkişafı, akademik heyətin peşəkar kompetensiyalarının gücləndirilməsi və beynəlxalq təcrübə mübadiləsinin təşviq edilməsidir. Səfər çərçivəsində fakültənin mövcud akademik fəaliyyətinin təhlili aparılmış, tədris prosesinin təkmilləşdirilməsi və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər nəzərdən keçirilmişdir.

Akademik səfər çərçivəsində professor Ulf Magnusson 2026-cı il oktyabrın 12- də Xəzər Universitetinin Neftçilər kampusunda “Antibiotiklərə qarşı davamlılıq və ev heyvanları: Vahid Sağlamlıq konsepsiyasının mərkəzində” mövzusunda seminarla çıxış etmişdir. Seminarda antibiotiklərə qarşı rezistentliyin baytarlıq təbabəti və ictimai sağlamlıq baxımından yaratdığı çağırışlar, heyvan və insan sağlamlığı arasındakı fənlərarası əlaqələr, eləcə də “One Health” (Vahid Sağlamlıq) konsepsiyasının strateji əhəmiyyəti elmi müstəvidə müzakirə edilmişdir. Təqdimatdan sonra iştirakçıların fəal iştirakı ilə akademik fikir mübadiləsi aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

14-15 oktyabrda Hasvet Baytarlıq təbabəti fakültəsinin dekanı Dr. Çiçək Əliyevanın təşkilatçılığı, prof. Ulf Magnusson və departament müdiri Dr. Səbinə Məmmədovanın iştirakı ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat, AQTİ nümayəndə heyəti və Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Elməddin Namazov ilə əməkdaşlıq görüşü keçirilmişdir. Görüş çərçivəsində baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, peşəkar kadr hazırlığı və ali təhsil müəssisələri ilə praktiki fəaliyyət sahələri arasında inteqrasiyanın gücləndirilməsi məsələlərinə toxunulmuşdur.

Həmçinin, professor Ulf Magnusson`un Xəzər Universiteti Hasvet Baytarlıq təbabəti fakültəsinin tələbələri ilə interaktiv görüşü olmuş və baytarlıq sahəsinin müasir istiqamətləri,  gənc mütəxəssislərin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində professor Ulf Magnusson`un Şamaxı rayonuna səfəri də  təşkil olunmuşdur. Səfər zamanı qonaq Şamaxının üzümçülük sahələrini, şərab emalı zavodunu, eləcə də Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edərək, bölgənin kənd təsərrüfatı potensialı, şərabçılıq ənənələri, istehsalat imkanları və elmi-tarixi irsi ilə yaxından tanış olmuşdur.

Professor Ulf Magnussonun akademik səfəri Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsində tədris və elmi-tədqiqat fəaliyyətinin inkişafı, tələbələrlə akademik bilik və təcrübə mübadiləsinin aparılması, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də müxtəlif qurum və təşkilatlarla  keçirilən görüşlər çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərinin və birgə fəaliyyət imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026