Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2026-cı il 16-19 oktyabr aralığında Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsində Hamlet İsaxanlı filologiya üzrə fəlsəfə doktoru, Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsində Azərbaycan dili kafedrasının yaradıcısı, müəllimi və tədqiqatçısı, Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinin direktoru Aqşin Əliyevin dəvət ilə Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin təşkilatçılığı ilə keçirilən “İkinci Çin Azərbaycanşünaslıq Elmi Konfransı”nda istirak edib. Konfransın açılış mərasimində Pekin Xarici dillər Universitetinin Asiya fakültəsinin dekanı Malay dili üzrə professor Su Yingying, professor Hu Cenhua, Çin Tarixşünaslıq Assosiasiyasının sədr müavini Day Cienbinq və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxış ediblər.
Prof.Akad. Hamlet İsaxanlı Plenar iclasda “Azərbaycan bədii ədəbiyyatında Çin obrazları” adlı məruzəsini təqdim edib.