Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Husyev Yuriy Veniaminoviç, siyasi məsələlər üzrə birinci katib Andriy Onışenko və ikinci katib Volodımır Vıslınskı 2026-cı il oktyabrın 16-da Xəzər Universitetinə səfər ediblər.
Səfər çərçivəsində universitetin rektoru Dr. Raziyə İsayeva və rektorun Beynəlxalq əlaqələr üzrə müşaviri Zemfira Məmmədovanın iştirakı ilə görüş keçirilib.
Görüşdən sonra səfir Yuriy Husyev universitetin tələbələrinə Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş seminar keçib. Seminarda Ukraynanın tarixi, siyasi və iqtisadi inkişafı, Azərbaycanla ikitərəfli münasibətləri, eləcə də, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə məlumat verilib.
Tədbir çərçivəsində Ukraynanın xarici siyasətinin əsas istiqamətləri və ölkənin beynəlxalq münasibətlər sistemindəki rolu da diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda səfirə Xəzər Universitetinin tələbəsinin hazırladığı əl işi təqdim edilib.