Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 343 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
22 İyun, 2026Rektor Kral III Çarlzın doğum günü münasibətilə keçirilən tədbirdə   
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyul, 2026Bayramlı Group şirkəti ilə əməkdaşlıq imkanları  

Xəzər Universitetində Karyera Sərgisi keçirildi

Xəzər Universiteti Neftçilər kampusunun Mərmər zalında Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il mayın 13- də  “Karyera Sərgisi – 2026” keçirildi.

Karyera sərgisi tələbə və məzunları ölkənin aparıcı işəgötürənləri ilə bir platformada birləşdirərək onların birbaşa ünsiyyət qurmasına, peşəkar əlaqələrini genişləndirməsinə və yeni əməkdaşlıq imkanları əldə etmələrinə şərait yaratdı.

Sərginin açılışında Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva çıxış edərək bildirdi ki, bu cür tədbirlər  tələbə və məzunların əmək bazarına daha rahat inteqrasiyasına dəstək olmaqla yanaşı, universitet ilə iş dünyası arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verir.

Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva çıxışında universitet–şirkət əməkdaşlığının əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu cür sərgilər tələbələrin peşəkar inkişafı, praktiki təcrübə qazanması və gələcək karyera imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, həmçinin, karyera sərgilərinin universitet və iş dünyası arasında körpü rolunu oynadığını vurğuladı.

Sərgidə  50-yə yaxın yerli və beynəlxalq şirkət, təşkilat və qurum iştirak edərək, öz fəaliyyət sahələrini, mövcud vakansiyalarını və təcrübə proqramlarını təqdim etdilər. İştirakçılar arasında SOCAR, KPMG, Deloitte, EY, Azərsun və Veysəloğlu Şirkətlər Qrupu kimi nüfuzlu şirkətlərin yer alması sərginin əhəmiyyətini daha da artırdı.

Bank və maliyyə sektoru Bank of Baku, AccessBank, Premium Bank, Yelo Bank və AFB Bank kimi qurumlarla geniş təmsil olundu. Bu qurumlar tələbələrə real iş mühiti, karyera inkişaf yolları və maliyyə sektorunda tələb olunan bacarıqlar barədə ətraflı məlumat verdilər.

Turizm və xidmət sahəsində Four Seasons Hotel Baku, Holiday İnn Baku, Tufandağ Mountain Resort və digər hotellər iştirak edərək, qlobal iş mühiti və karyera imkanları barədə təqdimatlar etdilər.

Təhsil və şəxsi inkişaf istiqamətində “Dunya” Məktəbi, ASAN Kadr, AIESEC, INNAB Business School, CELT Colleges, IDTECH Academy, Event Volunteers, STİMUL Təhsil Mərkəzi kimi qurumlar gənclərə beynəlxalq proqramlar, təlimlər və inkişaf imkanları, könüllülük proqramları haqqında məlumat verdilər.

Eyni zamanda, Azərbaycan Dəmir Yolları, Şirvan Aqro, Arsenal Group, Hasvet Baytarlıq Təbabəti kimi qurumlar da sərgidə iştirak edərək, müxtəlif sahələr üzrə karyera perspektivlərindən danışdılar.  

Sərgi boyunca tələbə və məzunlar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, CV-lərini təqdim etmək, müsahibə simulyasiyalarında iştirak etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə etdilər. Tədbir həmçinin, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, gənclərin əmək bazarına daha hazırlıqlı daxil olması və onların potensialının üzə çıxarılması baxımından mühüm rol oynadı.

“Karyera Sərgisi – 2026” iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bir daha göstərdi ki, bu cür təşəbbüslər gənclərin gələcək uğurlarının formalaşmasında böyük  əhəmiyyətə malikdir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026