2026-cı il noyabrın 17- də Gürcüstanın paytaxtı Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib. Xəzər Universiteti sərgidə öz stendi və nümayəndə heyəti ilə iştirak edib.
Universitet tədbirdə rektor Dr. Raziyə İsayeva, Keyfiyyət Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Seyran Əliyevdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva çıxış ediblər. Açılış mərasimində Xəzər Universitetinin Nailəxanım adına kamera orkestri və tələbələrdən ibarət rəqs qrupu maraqlı proqram təqdim edib.
Sərgi boyunca Xəzər Universitetinin stendini təhsilini Azərbaycanda davam etdirmək istəyən gənclər ziyarət ediblər. Ziyarətçilərə universitetin bakalavriat, magistratura və doktorantura proqramları, ingilis dilində tədris imkanları, qəbul şərtləri, təqaüd proqramları və tələbə həyatı barədə ətraflı məlumat verilib.