Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 2026-cı il noyabrın 11-də Pekində Tsinghua Universitetinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə iki universitet arasında institusional əlaqələrin inkişaf perspektivləri və akademik əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər birgə elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsi, professor-müəllim heyətinin və tələbələrin mübadiləsi, eləcə də qarşılıqlı akademik və tədqiqat maraqlarına uyğun sahələrdə birgə proqramların yaradılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş universitetlər arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və gələcək tərəfdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyır.