Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 2026-cı il noyabrın 14-də Pekin Xarici Dillər Universitetində olub.
Görüşdə Pekin Xarici Dillər Universitetinin prorektoru Liu Sinlu, Asiya fakültəsinin dekanı Su Yinqyinq, Beynəlxalq Əməkdaşlıq Şöbəsinin direktor müavini Qonq Cinq, eləcə də Azərbaycan dili kafedrasının müəllimləri iştirak ediblər.
Görüş zamanı iki universitet arasında akademik əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər, xüsusilə, dil və humanitar elmlər sahəsində əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə akademik təşəbbüslərin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.