2026-cı il noyabrın 16- da Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində Xəzər Universiteti Gürcüstanın dörd ali təhsil müəssisəsi ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıb.
Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, Akaki Tsereteli adına Dövlət Universiteti və İlia Dövlət Universiteti ilə memorandum imzalayıb.
Memorandumlar tələbə və akademik heyət mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramlar üzrə əməkdaşlıq və beynəlxalq layihələrdə birgə iştirak kimi istiqamətləri əhatə edir.
Memorandumların imzalanması Xəzər Universitetinin Gürcüstanın aparıcı ali təhsil müəssisələri ilə akademik əlaqələrinin inkişafı, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətlidir.