Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin doktorantı Elmir Bədəlovun hazırladığı “Energy Security after Diversification: Is the European Union Entering a Post-Crisis Vulnerability Trap?” adlı elmi məqaləsi “Slovak Journal of Political Sciences” jurnalının 2026-cı il üzrə 26-cı cildinin 1-ci nömrəsində (s. 59–87) dərc olunub.
Məqalədə enerji mənbələrinin şaxələndirilməsindən sonrakı dövrdə Avropa İttifaqının enerji təhlükəsizliyi məsələləri və böhrandan sonrakı mərhələdə yarana biləcək yeni həssaslıq riskləri araşdırılır.
Qeyd edək ki, “Slovak Journal of Political Sciences” Slovakiyanın Trnava şəhərində yerləşən Müqəddəs Kiril və Metodi Universitetinin Sosial Elmlər Fakültəsi tərəfindən nəşr olunan elmi jurnaldır (ISSN 1335-9096). Məqalə açıq giriş prinsipi əsasında yayımlanıb.
Link: https://sjps.fsvucm.sk/index.php/sjps/article/view/642