Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4445 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universiteti “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli şəkildə irəliləyib
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

Görkəmli alim Lütfi Zadənin xatirəsinə

Lütfəli Rəhim oğlu Əsgərzadə, qısaca Lütfi Zadə adı ilə tanınan, elektrik mühəndisliyi və süni intellekt sahəsində görkəmli mütəxəssis, riyaziyyatçı, Kaliforniya Berkli Universitetinin (University of California, Berkeley) əməkdar (emeritus) professoru, Avrasiya Akademiyasının beş qurucu üzvündən biri olan görkəmli alim sentyabrın 6-da Amerikada, Berkli (Berkeley) şəhərində vəfat etmişdir.

 Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olmuş, 1931-ci ildə ailəsi ilə İrana, əslən Ərdəbildən olan atasının vətəninə köçmüşdür. 1942-ci ildə Tehran Universitetini elektrik mühəndisliyi üzrə bitirmiş, 1944-cü ildə Amerikaya köçmüşdür. 1946-cı ildə MIT-dən (Massaçusets Texnologiya İnstitutundan) elektrik mühəndisliyi üzrə magistr dərəcəsi, 1949-cu ildə Kolumbiya Univeristetindən (University of Columbia) PhD dərəcəsi almışdır. 1957-ci ildə həmin universitetin professoru olmuş, 1959-cu ildən başlayaraq Kaliforniyada, Berkli universitetində çalışmağa başlamış, ömrünün sonuna qədər orada işləyib yaşamışdır.

Lütfi Zadə qeyri-səlis çoxluq, qeyri-səlis məntiq, qeyri-səlis hesablama kimi nəzəriyyələr qurmuş, diskret zaman siqnal analizində çox işlənən z-çevirmə nəzəriyyəsini quran iki mütəxəssisdən biridir. Bu nəzəriyyələr texnoloji və sosial proseslərdə öz tətbiqlərini tapmışlar. Lutfi Zadə Kaliforniya Berkli Universitetində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu"nu təsis etmişdir.  Bir çox nüfuzlu elm və texnologiya qurumlarının üzvü olmuş, çoxsaylı mükafatlara, medallara və fəxri adlara layiq görülmüşdür. Əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır.

2012-ci ildən başlayaraq professor Lütfi Zadə, Türkiyəli tarixçi Halil İnalcık, beyin cərrahı Mahmud Qazi Yaşargil, bəstəkar Arif Məlikov və riyaziyyatçı alim, humanitar və social elmlər üzrə tədqiqatçı Hamlet İsaxanlı yeni tip akademiya – Avrasiya Akademiyasını qurmağa başlamış, bu məqsədlə Kaliforniyada, İstanbulda, Ankarada və Bakıda görüşlər keçirmişlər. 2016-cı il yanvarın 29-da Bakıda, Xəzər Universitetində Avrasiya Akademiyasının rəsmi açılışı olmuşdur.

Professor Lütfi Zadə dini, irqi, millətçi görüşlərdən uzaq duran görkəmli alim və gözəl insan idi. O və onun yaradıcılığı Azərbaycanda elmin inkişafına təsir göstərmişdir. Lütfi Zadə Azərbaycanda olmuş, ölkə prezidenti ilə görüşmüş, mükafatlara layiq görülmüşdür.

Professor Lütfi Zadənin xatirəsi onu tanıyanların və onun əsərlərindən bəhrələnənlərin qəlbində yaşayacaq. Professor Lütfi Zadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

 

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri,

Avrasiya Akademiyasının qurucu üzvü professor Hamlet İsaxanlı


Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026