Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1753 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

“Xəzər Universiteti Forumu” keçirildi

2025-ci il mayın 30-31-də  Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı və  Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi, İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzi və İstanbul Mədəniyyət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının tərəfdaşlığı ilə “Dünya” məktəbinin “İnci çiçəyi” Konfrans Mərkəzində “Xəzər Universiteti Forumu” keçirilmişdir.

Hibrid formatda keçirilən forumda Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Xəzər Universitetinin rəhbərliyi və əməkdaçları, Azərbaycan, Türkiyə, Pakistan, Çin, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Niderland və Malayziya alim və mütəxəssisləri iştirak etmişlər.  

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğıl, İordaniya Krallığının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Omar Barakat Al-Nahar, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kənan Mustafayev və Meksika səfirliyinin nümayəndəsi Rodolfo Ivan Garcia Gonzalez forumun qonağı olmuşlar.

Tədbir zamanı Xəzər Universitetində yeni yaranan Texnologiyalar və Süni İntellekt Mərkəzinin təqdimatı keçirilmişdir.

Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentin ilk beynəlxalq elmi konfransı olan bu forum “Rəqəmsal Əsrdə Suverenliyin Naviqasiyası” mövzusuna həsr edilmişdir. Mövzu seçilərkən, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması və süni intellektin dövlət idarəçiliyinə və suverenlik konsepsiyasına artan təsiri xüsusi nəzərə alınmışdır. İştirakçı ölkələrdən ümumilikdə 49 məruzə fiziki və onlayn formatda təqdim olunmuşdur;

Forum Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının nitqi ilə başlamışdır. Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, İbn Haldun Universitetinin prorektoru Prof. Dr.  Özcan Erka Akgün, Ankara Sosial Elmlər Universitetinin professoru, Türkiyə Prezidenti yanında müşavir və Scopus bazasında indekslənmiş “Insight Turkey” jurnalının baş redaktoru Prof. Muhittin Ataman, Ankara Hacı Bayram Veli Universitetinin professoru, dekan və Scopus bazasında indekslənmiş “Bilig” – Türk Dünyası Sosial Elmlər Jurnalının baş redaktoru Prof. Fırat Purtaş çıxış etmişlər.

Açılış nitqlərindən sonra  Hamlet İsaxanlı çıxışçılara plaket təqdim etmiş və Türkiyədən olan qonaqlar da ona  hədiyyə vermişlər.

Açılış mərasimindən sonra Prof. Muhittin Ataman forumun ilk panelinə moderatorluq etmiş, panel iştirakçıları isə Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev, Xəzər Universitetinin müəllimi, SETA İstanbul əməkdaşı Dr. Gloria Shkurti Özdemir,  Ankara Hacı Bayram Veli Universitetinin professoru və yeni yaradılmış Texnologiyalar və Süni İntellekt Mərkəzinin  direktoru Prof. Dr. Erman Akıllı olmuşdur.

Sonra İbn Haldun Universitetinin xüsusi paneli işə başlamışdır. Dos. Orxan Vəliyevin moderatorluğu ilə keçən bu sessiyasının panel iştirakçıları İbn Haldun Universitetinin prorektoru Prof. Özcan Erka Akgün, İbn Haldun Universiteti Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Prof. Yaşar Sarı, həmin Mərkəzin assistenti doktorant Chountagi Bekir olmuşdur.

Mayın 30-da dörd (ikisi üz-üzə, ikisi onlayn formatda),  mayın 31-də isə doqquz (beşi üz-üzə, dördü onlayn) panel iclası baş tutmuşdur.

Forumun sonunda iştirakçılar xatirə şəkli çəkdirmişlər.

Tədbir AZƏRTAC və Füyuzat TV tərəfindən geniş işıqlandırılmışdır.

 

Linklər: https://azertag.az/xeber/reqemsal_esrde_suverenliyin_naviqasiyasi_movzusunda_forum_kechirilir-3586295

https://www.youtube.com/watch?v=giOzQAUyrEw

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026