Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1766 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

Xəzər Universitetində “Təbii Zəkadan Süni Zəkaya Doğru” seminarlar silsiləsinə başlanıldı

 2025-ci il iyunun 12-də Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof.Akad. Hamlet İsaxanlının təşəbbüsü və rəhbərliyi ilə “Təbii Zəkadan Süni Zəkaya Doğru” adlı yeni seminarlar silsiləsinə rəsmi şəkildə start verildi. Bu elmi təşəbbüs müasir dövrdə süni intellektin cəmiyyət və texnologiyalar üzərində artan təsirini araşdırmaq və bu sahədə bilik mübadiləsini təşviq etmək məqsədi daşıyır.

Seminarın açılışında  giriş nitqi söyləyən H. İsaxanlı süni intellektin bu gün elm və texnologiya sahələrində oynadığı önəmli roldan bəhs etdi. O bildirdi ki, süni intellekt artıq yalnız texnoloji sahələrlə məhdudlaşmayaraq, bütün elmi istiqamətlərə nüfuz etməkdədir və bu sahələrdə əhəmiyyətli yeniliklərə səbəb olur. H.  İsaxanlı qeyd etdi ki, bu seminarlar vasitəsilə tələbələrə və alimlərə bu texnologiyaların əsaslarını daha dərindən öyrənmək imkanı yaradılır.

Seminarlar silsiləsinin ilk tədbirində Xəzər Universitetinin Fizika və elektronika departamentinin əməkdaşları – Əhməd Asimov və Məhəmməd Əlizadə "Kompüter Elmlərinin Fiziki Əsasları" mövzusunda  çıxış etdilər.

Ə. Asimov çıxışında kompüter texnologiyalarının inkişafında fizika elminin mühüm rolunu vurğuladı. O, yarımkeçirici texnologiyaların tarixi və təkamülündən, onların kompüter çiplərindəki tətbiq sahələrindən və bu texnologiyaların süni intellektin formalaşmasında necə mühüm baza rolunu oynadığından danışdı. Həmçinin, kvant texnologiyalarının və nanoelektronikanın gələcəkdə süni intelekt üçün yeni imkanlar yaradacağına da toxundu.

M. Əlizadə isə elektrik və elektronika sahələrinin əsas anlayışları, mikrosxemlər və mikrokontrollerlərin prinsipləri haqqında ətraflı məlumat verdi. O, bu texnologiyaların kompüter elmləri ilə inteqrasiyası nəticəsində yaranan yeni inkişaf mərhələləri və süni intellektin bu proseslərə təsiri haqqında fikir bildirdi. Əlizadə, həmçinin, praktiki nümunələrlə mövzunu izah edərək, dinləyicilərin suallarını cavablandırdı.

Seminar müzakirə formatında davam etdi. İştirakçılar mövzu ətrafında  sual-cavab sessiyasında fəal iştirak etdilər, ideya mübadiləsi aparıldı.

Tədbirin sonunda H. İsaxanlı seminarlar silsiləsinin davam etdiriləcəyini və növbəti görüşlərdə müxtəlif sahələrin tanınmış alim və mütəxəssislərinin də iştirak edəcəyini bildirdi. Bu seminarlar Xəzər Universitetinin elmi-texnoloji yeniliklərə verdiyi dəyərin və multidissiplinar yanaşma ilə elmi tədqiqatları təşviq etmə məqsədinin bir göstəricisidir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026