Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2462 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

“Birinci Dünya müharibəsində Azərbaycanda Osmanlı əsirləri (Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə yardımları)” mövzusunda beynəlxalq elmi konfrans

2025-ci il iyunun 13-də Xəzər Universitetinində “Birinci Dünya müharibəsində Azərbaycanda Osmanlı əsirləri (Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə yardımları)” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Gürcüstan, Türkiyə, Azərbaycan və Rusiya arxivlərində mövzu ilə bağlı tədqiqatları ehtiva edən  layihə çerçivəsində keçirilən konfransda  nadir arxiv sənədləri və fotolardan ibarət sərgi  nümayiş olundu.

Xəzər Universitetinin Tarix və arxeologiya departamenti ilə yanaşı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA, Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə bir çox tanınmış mütəxəssis və tədqiqatçı öz məruzələri ilə çıxış etdi.

Mərmər zalda baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı, Azərbaycan və Türkiyənin Dövlət himnləri ifa olundu,  sonra konfransın plenar iclası keçirildi.

Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz və layihənin əlaqələndiricisi, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun rəhbəri Dos. Telman Nüsrətoğlu çıxış edərək,  layihənin əhəmiyyətini vurğuladılar, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın tarixi əsaslarını dilə gətirdilər.

Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə  universitetin Kamera orkestrinin müşayiəti ilə universitetin müəllimi, müğənni Məhsəti Cabbarova Çanaqqala və Yəmən türkülərini ifa etdi.

Plenar iclasın sonunda arxivlərdən tarixi kadrları ehtiva edən videoçarx nümayiş etdirildi. Konfrans müddətincə Azərbaycan, Türkiyə və Gürcüstan arxivlərindən əldə edilmiş çox sayda arxiv sənədi və dövrə aid şəkillərdən ibarət foto-sərgi də iştirakçılara təqdim olundu.

Ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun  ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof.Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başqanı  Dr. Akif Aşırlı ,   məşhur ürək cərrahı , Sarıqamış Cəmiyyətinin sədri Prof.Dr. Bingür Sönməz., Dumlıpınar Universitetinin rektoru Prof.Dr.Süleyman Kızıltoprak, Mərmərə Universiteti Türkiyyat Araştırmaları İnstitutu müdiri Prof.Dr. Okan Yeşilot, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Dos. Firdovsiyyə Əhmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Prof.Dr. Xəqani Məmmədobv, Mərmərə Universitetinin müəllimi Dos. Mehdi Gəncəli, Karabük Universitetinin müəllimi Prof.Dr. Ali Asker, BDU-nun müəllimi Dos. Boran Əziz, Sankt-Peterburq Dövlət Universitetindən Dr. Şahnaz Kamal, Xəzər Universitetinin departament müdiri Dos. Telman Nüsrətoğlu, Qaziantəp Universitetinin  dosenti Sadık Çetin, Sağlık Bilimləri Universitetinin dosenti  Resul Kösə, Xəzər Universitetinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr.Ramin Fətullayev, Ceyran Məmmədova və diyər tarixçilər tərəfindən  Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətləri, əsirlərin Nargindəki həyatı, milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlı yardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan, Türkiyə və Rusiyadan olan mütəxəssislər məsələnin tarixi, milli, hüquqi və insani tərəflərini geniş şəkildə izah etdilər. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verildi.

Bu mühüm tarixi dövrü və insanlarını unutmamaq, xatirələrini əbədiləşdirmək, Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq üçün aşağıdakı təkliflər irəli sürülmüşdür:

  1. 7 may “Qardaş köməyi günü”nün Türkiyə və Azərbaycan türklərinin qardaşlıq və həmrəylik günü kimi qəbul edilməsi və hər il 7 mayda tədbirlərin keçirilməsi;
  2. Tarixi İsmailiyyə binasının Türk dünyası mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün müvafiq orqanlara təklif verilməsi;
  3. Azərbaycan və Türkiyə dövlətçiliyi, müstəqilliyi üçün çalışan, Nargin adasında həyatını itirənlər üçün sahildə bir xatirə lövhəsi qoyulması;.
  4. Hacı Zeynəlabidin Tağıyev, Ömər Faiq Nemanzadə, Dr. Hüsrev bəy Sultanov, Əhməd Cavad kimi şəxslərin adlarının Türkiyədə müxtəlif yerlərə verilməsi və bu şəxslərin tanıdılmasının təmin edilməsi üçün tədbirlər keçirilməsi.
  5. Mediada türk xalqları ilə bağlı çox sayda xəbərin hazırlanması və qardaş dövlət xalqlarının bir-birini daha yaxından tanıması üçün çalışmalar aparılması.

Təkliflər konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənmişdir. Bununla da konfran işini başa çatdırmışdır.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026