19 İyun 2025-ci ildə Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə "Uzaq Şərqin səsləri: Kitablar və Mədəniyyət" adlı tədbir keçiriləcək.
Tədbir Nippon Fondunun maliyyə dəstəyi ilə Tokio Siyasət Araşdırmaları Fondu tərəfindən idarə olunan Read Japan layihəsinin Xəzər Universitetinə hədiyyə etdiyi müxtəlif sahələr üzrə kitabların təqdimatına və Yapon mədəniyyətinə həsr olunacaq.