Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1420 Arxiv
XƏBƏRLƏR
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
15 May, 2026Türkiyənin İstanbul Esenyurt Universitetinin prorektoru Xəzər Universitetində  

“Dayanıqlı şəhər layihəsi” üzrə Multidisiplinar məkan planlaşdırma təlimi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) SABAH qruplarının İcra Komitəsi və Türkiyənin Ufuk Planlama şirkətinin təşkilatçılığı ilə 2025-ci il 30 may-3 iyun tarixində Xəzər Universitetində “Bir Başqa Təhsil, Bir Başqa Şəhər” layihəsi çərçivəsində “Dayanıqlı şəhər layihəsi” üzrə Multidisiplinar məkan planlaşdırma təlimi keçirilmişdir.

Təlimin əsas məqsədi şəhərlərin dayanıqlı inkişafı, müasir planlaşdırma metodlarının öyrənilməsi və tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasıdır.

Layihədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları, Xəzər Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), Yıldız Texniki Universiteti (YTU), Ankara Universiteti, İstanbul Universiteti və Türkiyənin digər nüfuzlu ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı açılış nitqi söyləmişdir.  Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Konul Həsənova, Ufuk Planlama şirkətinin təsisçisi və Ankara Universitetinin Landşaft memarlığı departamentinin müəllimi     Dr. Necla Kılınç, AzMİU Beynəlxalq əlaqələr üzrə prorektoru Prof. Nərgiz Abdullayeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Dos. Elza Səmədova  çıxış etmişlər. 

Xəzər Universitetindən Memarlıq və dizayn  ixtisasları üzrə IV kurs tələbələri Cəmilə Səfərova, Nuray Hüseynli, Günay Qədirli, III kurs tələbələri Aydan Səfərova, İlahə Həsənli, Heydər Xudaverdiyev, Fidan Mustafayeva, Röya Həmidova və Memarlıq ixtisası üzrə I kurs tələbələri Cəfər Əliyev, Mehin Qəhrəmanzadə, Selcan Ərəbxanlı təlimlərdə iştirak etmişlər.

Təlimlərin məhsuldarlığını artırmaq məqsədilə təlimçi və mütəxəssislərin çıxışları mütəmadi şəkildə davam etdirilmişdir. Türkiyənin Ufuk Planlama şirkətindən Dr. Necla Kılınç, Prof. Dr.Halim Perçin, Kübra Ergül, Hakan Mutlu və Muzaffer Topak, eləcə də Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müəllimləri – İlahə Təhməzli, Sevinc Həsənova, Dos. Xəzər Zeynalov, SABAH qruplarının müəllimləri – Prof. Yeganə Hacıyeva və Teymur İsazadə müxtəlif mövzularda məruzə etmişlər.

Eyni zamanda, Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müəllimləri – Dos. Şəhla Abbasova, Sevinc Həsənova, İlahə Təhməzli və Günay Məmmədova studiya işləri zamanı tələbələrə layihə üzrə metodiki məsləhətlər vermiş və onları təlim müddətində yaxından dəstəkləmişlər.

Təlim çərçivəsində ümumilikdə 5 layihə hazırlanaraq, təqdim olunmuşdur. Təlimdə iştirak edən müəllim və tələbə heyətinə sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, bu əhəmiyyətli təşəbbüs AzMİU-nun 50 illik yubileyinə həsr olunmuşdur və layihə dövlət və özəl sektorlar arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu cür beynəlxalq və multidisiplinar əməkdaşlıq gənc mütəxəssislərə şəhərsalma və davamlı inkişaf sahəsində geniş perspektivlər qazandırır.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026