Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1065 Arxiv
XƏBƏRLƏR
21 İyul, 2025Xəzər Universitetinin Qusar səfəri: tədris ilinin yekunu və yeni il üçün ilhamverici görüşlər
13 İyul, 2025Xəzər Universitetinin 54-cü məzunluq mərasimi
08 İyul, 2025Prof.Akad. Hamlet İsaxanlı sinif yoldaşları ilə birlikdə əziz müəllimələri Qələmova Müşafərim ilə görüşdü
07 İyul, 2025Xəzər Universitetinin Hasvet baytarlıq təbabəti fakültəsinin Tədris xəstəxanasının açılış mərasimi
04 İyul, 2025Musiqi və incəsənət departamentinin hesabat konserti və sərgisi
13 İyun, 2025“Birinci Dünya müharibəsində Azərbaycanda Osmanlı əsirləri (Nargin və Azərbaycan cəmiyyətinin əsirlərə yardımları)” mövzusunda beynəlxalq elmi konfrans
12 İyun, 2025Xəzər Universitetində “Təbii Zəkadan Süni Zəkaya Doğru” seminarlar silsiləsinə başlanıldı
10 İyun, 2025Türkiyə nazirinin Xəzər Universitetində professor - müəllim heyəti və tələbələrlə görüşü
04 İyun, 2025Prof.Akad. Hamlet İsaxanlı Azərbaycan Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun seminarında 
31 May, 2025“Xəzər Universiteti Forumu” keçirildi

Xalq yazıçısı Anar ilə "Xəzər"də görüş

2024-cü il martın 15-də Xəzər Universitetinin Mərkəz kampusunda Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüş keçirildi.

Görüşdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələri, digər ali məktəblərin əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, akademiyanın elmi işçiləri, Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının sədri və “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcid, şair və yazıçılar, sənət adamları, mətbuat nümayəndələri, eləcə də yazıçının müxtəlif sahələri təmsil edən yaxın dostları və ailə üzvləri iştirak edirdilər.

Foyedə görkəmli yazıçının kitablarından ibarət sərgi nümayiş olunurdu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı tədbiri açaraq, bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd etdi ki, bu görüş həm də onunla əlamətdardır ki, Anarın doğum günü ərəfəsinə təsadüf edir.

Xalq yazıçısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Sonra Hamlet İsaxanlı onu səhnəyə dəvət etdi və ənənəvi görüş qaydasından fərqli olaraq onlar üz-üzə kresloda əyləşdilər.

Öncə Anarın həyat yoluna işıq salan videoçarx nümayiş olundu, sonra yazıçı iştirakçıları salamladı və yaradıcılığına verilən dəyərə görə universitet rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi.

Hamlet İsaxanlı ilə Anar arasında diskussiya şəraitində keçən görüşdə Xalq yazıçısı ona ünvanlanan bütün sualları geniş və əhatəli cavablandırdı. O, həmçinin, sözlərinə yazılan mahnıların da olduğunu söylədi və qardaş Türkiyədə yaşadığı dövrdə vətən həsrəti ilə yazdığı bir şeirə mərhum bəstəkar dostu Emin Sabitoğlunun gözəl bir mahnı bəstələdiyini də xatırladı. Hamlet İsaxanlı cavab olaraq söylədi ki, biz bu mahnının tarixçəsi barədə artıq məlumatlıyıq və buna görə də onun bəstəkarın özündən sonra ən gözəl ifaçısı olan Xalq artisti İlqar Muradovu tədbirə dəvət etmişik.

Sonra Xalq artisti Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər - universitetin Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə həmin mahnını ifa etdi.

Sonra Anar Rzayevin əsərləri əsasında çəkilən filmlərdən parçalar təqdim edildi və bu kinofilmlərin bəzi məziyyətləri ilə bağlı Hamlet İsaxanlı ilə Xalq yazıçısı arasında fikir mübadiləsi oldu.

Tədbirin yekununda Xalq yazıçısının doğum günü münasibətilə hazırlanan tort səhnəyə gətirildi və Zülfiyyə Sadıqova Anara universitet adından gül dəstəsi təqdim etdi.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025