Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 3767 Arxiv
XƏBƏRLƏR
10 İyun, 2025Türkiyə nazirinin Xəzər Universitetində professor - müəllim heyəti və tələbələrlə görüşü
04 İyun, 2025Prof.Akad. Hamlet İsaxanlı Azərbaycan Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun seminarında 
31 May, 2025“Xəzər Universiteti Forumu” keçirildi
31 May, 2025“Food Fair” xeyriyyə yarmarkası
30 May, 2025“Dayanıqlı şəhər layihəsi” üzrə Multidisiplinar məkan planlaşdırma təlimi
26 May, 2025“Xəzər”də Ümumdünya mədəni müxtəliflik günü qeyd olunub
21 May, 2025Xəzər Universitetinin nümayəndələri EMU-da keçirilən VII Beynəlxalq Türk Dünyası Turizm Konfransında  
12 İyun, 2025Xəzər Universitetinin əcnəbi doktorantı pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb
11 İyun, 2025KİM-in direktor müavini respublika seminarında
11 İyun, 2025Xəzər Universiteti Avrasiya Akademiyasının qurucularından və ilk üzvlərindən biri Mahmut Gazi Yaşargil vəfat etmişdir

Xəzər Universiteti rəhbərliyinin Gürcüstana işgüzar səfəri

2022-ci il noyabrın 19-21-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı Gürcüstanda işgüzar səfərdə olublar.

Hamlet İsaxanlının təsisçilərindən biri olduğu Şərq-Qərb Universitetində görüş

Noyabrın 19-da Tbilisidə Hamlet İsaxanlının təsisçilərindən biri olduğu Şərq-Qərb Universitetində təsisçilərin və rəhbər işçilərin iştirakı ilə görüş keçirildi. Görüşdə Şərq-Qərb Universitetində tədrisin başlanması, ortaya çıxan problemlər, tanınmış mütəxəssislərin işə cəlb edilməsi, tədris planı, tələbə cəlbi və s. məsələlər ətrafında müzakirələr aparıldı, universitet təsisçilərinin ayrıca yığıncağının keçirilməsi qərara alındı.

Axundovun ev muzeyində Hamlet İsaxanlı ilə görüş

Noyabrın 19-da Tbilisidə Axundovun ev muzeyində Hamlet İsaxanlı ilə görüş keçirildi. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların qabaqcıl nümayəndələri, gənclər təşkilatının üzvləri, məktəb direktorları, rəhbər işçilər, parlamentin keçmiş bir neçə üzvləri, jurnalistlər iştirak etdilər. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, Azərbaycan məktəblərində təhsilin inkişafı, tədris məsələləri, Azərbaycan dilinin tədrisi ilə bağlı problemlər, Gürcüstanda Azərbaycan dilində təhsilalmanın əlçatan olması, bu yolda azərbaycandilli ali məktəbin yaradılması kimi aktual məsələlər müzakirə edildi. Hamlet İsaxanlı görüşdə iştirak edənləri maraqlandıran suallara ətraflı cavab verdi.

“Abdulla müəllim xatirələrdə” adlı kitabın təqdimat mərasimi

Noyabrın 20-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində, Hamlet İsaxanlının ata ocağında Xəzər Universiteti Nəşriyyatında çap edilmiş “Abdulla müəllim xatirələrdə” adlı kitabın təqdimat mərasimi keçirildi. Ümumilikdə 22 nəfərin xatirəsi toplanmış, tarixi şəkillərlə zəngin kitabda Abdulla müəllimin (Hamlet İsaxanlının atası) qayğıkeş ailə başçısı, təcrübəli, nüfuzlu pedaqoq, xeyirxah insan, sözübütöv, cəsarətli, dürüst el adamı kimi şəxsiyyəti canlandırılır.

Gəncliyindən ömrünün sonuna qədər Gürcüstanın Qarayazı mahalında, Kosalı orta məktəbində riyaziyyat müəllimi işləmiş və el arasında böyük hörmət qazanmış Abdulla İsayev haqqında kitabın təqdimatına onun həmkarları, tələbələri, bölgənin qabaqcıl insanları, Kosalı orta məktəbinin məzunları toplaşmışdılar. Mərasimdə çıxış edənlər Abdulla müəllim haqqında maraqlı xatirələrini danışdılar, onu hörmət və ehtiramla yad etdilər.

Hamlet İsaxanlının Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşü

Noyabrın 21-də Hamlet İsaxanlı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşdü. Görüşdə Gürcüstan azərbaycanlılarının problemləri, Azərbaycan məktəblərində azərbaycan dilinin tədrisi, azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı, bu istiqamətdə kadr hazırlığı prosesində Azərbaycan ali məktəblərinin iştirakı və s. məsələlər ətrafında müzakirələr aparıldı.

Şərq-Qərb Universitetində təsisçilərin yığıncağı

Noyabrın 21-də Şərq-Qərb Universitetində təsisçilərin yığıncağı keçirildi. Yığıncaqda qarşıda duran cari məsələlər, maddi-texniki bazanın genişləndirilməsi, təhsil haqqı və ümumi maliyyə məsələləri, universitetin gələcək inkişaf strategiyası ətraflı şəkildə müzakirə edildi.

Gürcüstan Milli Elmlər Akademiyasında Hamlet İsaxanlıya akademik diplomunun təqdim olunması 

Noyabrın 21-də Gürcüstan Milli Elmlər Akademiyasında görüş baş tutdu. GMEA-nın prezidenti Giorgi Kvesitadze`nin rəhbərliyi ilə keçirilən Rəyasət Heyətinin iclasında Hamlet İsaxanlıya GMEA-nın həqiqi üzvü seçilməsi ilə bağlı rəsmi diplom təqdim edildi.

GMEA-nın prezidenti Giorgi Kvesitadze`nin dediklərindən: “Deyirlər ki, son illərdə həyatımızda yaxşı heç nə baş vermir. Səhvdir, yalandır, baş verir, həm də çox gözəl hadisələr baş verir. Bu gün o hadisələrdən biri baş verir. Yalnız Azərbaycanda, Gürcüstanda deyil, bütün dünyada tanınan, böyük elm adamı və böyük azərbaycanlı, mənim çox sevdiyim və xüsusi hörmət bəslədiyim Hamlet İsaxanlı aramızdadır. Onu Gürcüstan Milli Elmlər Akademiyasının akademiki kimi burda gördüyüm üçün çox qürurluyam. Hamletin GMEA-ya üzv seçilməsi şəxsən mənim üçün və akademiyamız üçün şərəfdir.”

Təbrikləri qəbul edən Hamlet İsaxanlı GMEA-nın Rəyasət Heyətinin bir iclasının Bakıda keçirilməsini təklif etdi və qonaqları Azərbaycana dəvət etdi. Bu dəvət akademiyanın Rəyasət Heyətinin üzvləri tərəfindən məmnuniyyətlə qarşılandı.

Rəyasət heyətinin iclasından sonra Tbilisinin ən mənzərəli yerlərindən birində Hamlet İsaxanlının şərəfinə ziyafət verildi.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025