Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 41 Arxiv
XƏBƏRLƏR
27 Oktyabr, 2026XII Bakı Beynəlxalq Kitab Sərgisində Prof. Akad. Hamlet İsaxanlının “İki mədəniyyət: Elm və Sənət” adlı təqdimatı  
23 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 3-cü Beynəlxalq Türk Dünyası Qadınlar Çalıştayında  
22 Oktyabr, 2026Qarabağ və Şərqi Zəngəzurun Türk-İslam irsi beynəlxalq simpoziumda müzakirə olunub  
19 Oktyabr, 2026“TEDxKhazarUniversity” tədbiri  
16 Oktyabr, 2026Ukraynanın Azərbaycandakı səfirindən “Xəzər”in tələbələri üçün seminar  
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
27 Oktyabr, 2026Xəzər Universitetinin İT mütəxəssisi Nicat Abdullayev beynəlxalq mühazirədə iştirak edib  
27 Oktyabr, 2026Xəzər Universitetində ali təhsildə süni intellektin tətbiqinin genişləndirilməsinə həsr olunmuş “Təhsil işçiləri üçün süni intellekt” təlimi  

Xəzər Universitetində ali təhsildə süni intellektin tətbiqinin genişləndirilməsinə həsr olunmuş “Təhsil işçiləri üçün süni intellekt” təlimi  

Xəzər Universitetinin Yüksək Texnologiyalar və Süni İntellekt (ETAI) Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə 2026- cı il oktyabrın 23–24-də “Təhsil işçiləri üçün süni intellekt” mövzusunda ikigünlük təlim keçirilib. Təlim müxtəlif universitetləri təmsil edən akademik heyət üzvlərini və müəllimləri bir araya gətirərək, süni intellektin kursların hazırlanması, tədris, fərdiləşdirilmiş öyrənmə və tələbələrin qiymətləndirilməsi sahələrində praktiki tətbiq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Təlimdə Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Milli Müdafiə Universitetinin nümayəndələri iştirak ediblər. Praktiki tapşırıqlar və birgə fəaliyyətlər vasitəsilə iştirakçılar süni intellekt alətlərinin tədris prosesini necə dəstəkləyə, tədris resurslarını təkmilləşdirə və ali təhsildə meydana çıxan yeni çağırışların həllinə necə töhfə verə biləcəyini araşdırıblar.

Təlimi Xəzər Universitetinin ETAI Tədqiqat Mərkəzinin direktoru və ABŞ-da fəaliyyət göstərən AEGIX İnstitutunun tədqiqatlar üzrə direktoru Dr. Gloria Shkurti Özdemir, eləcə də Böyük Britaniyanın Koventri Universitetinin baş mütəxəssisi və ETAI Tədqiqat Mərkəzinin üzvü Dr. Dolapo Fakuade aparıblar.

Təlimin ilk günü süni intellektin əsaslarına və kursların layihələndirilməsinə həsr olunub. İştirakçılar mövcud tədris proseslərini təhlil edib, qarşılaşdıqları əsas çətinlikləri müəyyənləşdirib və süni intellektin bu problemlərin həllinə necə kömək edə biləcəyini müzakirə ediblər. Praktiki sessiyalarda mühazirələrin və təlim məqsədlərinin hazırlanması, sillabusların strukturlaşdırılması, eləcə də testlər, nümunəvi situasiyalar, paylama materialları və oxu materiallarının xülasələri daxil olmaqla, müxtəlif tədris resurslarının yaradılması məsələləri əhatə olunub.

İkinci gün süni intellektdən istifadə etməklə, fərdiləşdirilmiş öyrənmə imkanlarına və qiymətləndirmə metodlarının təkmilləşdirilməsinə həsr edilib. İştirakçılar müxtəlif ehtiyac və bacarıqlara malik tələbələr üçün tədris materiallarının uyğunlaşdırılması üzrə praktiki tapşırıqlar yerinə yetirib, tələbələrin bilik və bacarıqlarının daha səmərəli qiymətləndirilməsinə imkan verən yeni yanaşmaları araşdırıblar. Bununla yanaşı, öz kursları üçün süni intellektdən istifadə qaydalarını hazırlayıb, tədris prosesində süni intellektin tətbiqinə dair fərdi və ya institusional Fəaliyyət Planları tərtib edərək təqdim ediblər.

Təlim yekun müzakirə sessiyası və Xəzər Universiteti tərəfindən verilən iştirak sertifikatlarının təqdim olunması ilə başa çatıb.

Xəzər Universiteti süni intellekti təhsil, tədqiqat və institusional inkişafın strateji istiqamətlərindən biri kimi prioritetləşdirir. Universitetin süni intellekt sahəsində təşəbbüsləri yalnız müəllimlərin peşəkar inkişafı ilə məhdudlaşmır, həmçinin, professor-müəllim heyətinin, tədqiqatçıların və doktorantların bu sahədə bilik və bacarıqlarının artırılmasını hədəfləyir. Bununla yanaşı, beynəlxalq alimlər, tədqiqatçılar, tələbələr və mütəxəssislər üçün süni intellektin qlobal məsələlərə, diplomatiyaya və akademik innovasiyalara transformativ təsirini araşdırmaq imkanları yaradılır.

Bu təşəbbüslər vasitəsilə Xəzər Universiteti süni intellekt savadlılığını gücləndirməyi, innovativ tədris və tədqiqat yanaşmalarını təşviq etməyi, akademik icmanı texnoloji transformasiyanın yaratdığı imkanlardan səmərəli istifadə etməyə və onun doğurduğu çağırışlara hazır olmağa dəstəkləməyi qarşısına məqsəd qoyur.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026