Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev 2026-cı il oktyabrın 20- də AZƏRTAC-a “Din və dünyəvilik: Azərbaycan Doktrinası” mövzusunda şərh verib.
Dos. Orxan Vəliyev şərhində Azərbaycanda dünyəvilik prinsipinin dövlətçilik modelindəki yerinə, milli kimliyin formalaşmasında türklük və azərbaycançılığın roluna, İslamın Azərbaycan kimliyinin ayrılmaz hissəsi olmasına toxunub. O, Azərbaycanın din siyasətinin Türkiyə və İranın yanaşmalarından fərqləndiyini qeyd edərək, dinin milli kimliyin tərkib hissəsi olsa da, siyasi və hüquqi qərarlarda müəyyənedici rol oynamadığını vurğulayıb. Həmçinin, ölkənin multikulturalizm siyasəti, dini abidələrin bərpası və milli kimliyin qorunması ilə dinin cəmiyyətdəki yerinin tarixi təcrübə və müasir ehtiyaclar əsasında müəyyənləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Link: AZƏRTAC