Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 149 Arxiv
XƏBƏRLƏR
16 Oktyabr, 2026Ukraynanın Azərbaycandakı səfirindən “Xəzər”in tələbələri üçün seminar  
12 Oktyabr, 2026Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunmuş beynəlxalq elmi simpozium
09 Oktyabr, 2026Xəzər Universiteti ilə SunLab MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb  
09 Oktyabr, 2026Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva ADA Universitetində keçirilən simpoziumda çıxış edib  
09 Oktyabr, 2026Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir  
16 Oktyabr, 2026Müstəqilliyin Bərpası Gününə həsr olunmuş seminarlar  
16 Oktyabr, 2026Nazarbayev Universitetinin nümayəndəsi “Xəzər”də
16 Oktyabr, 2026Tələbələr Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar
16 Oktyabr, 2026Xəzər Universitetinin tələbələri “KOYA 11” beynəlxalq layihəsində
16 Oktyabr, 2026“Şəxsiyyət pozuntularının klinik xüsusiyyətləri və terapiyası” mövzusunda seminar  

Xəzər Universitetində “Clarivate Günləri” çərçivəsində təlim  

Xəzər Universitetində 2026-cı il oktyabrın 8-də elmi-tədqiqat fəaliyyətinin inkişafı, beynəlxalq elmi informasiya resurslarından səmərəli istifadə və müasir rəqəmsal tədqiqat alətlərinin imkanlarına həsr olunmuş təlim təşkil edilib.

Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Clarivate şirkətinin birgə təşəbbüsü olan “Clarivate Günləri” proqramı çərçivəsində keçirilib.

Tədbiri giriş sözü ilə Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli açaraq,belə təlimlərin universitetin elmi-tədqiqat mühitinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, müasir elmi informasiya resurslarından düzgün və səmərəli istifadənin tədqiqatçıların fəaliyyətində mühüm rol oynadığını qeyd edib. Bildirib ki, beynəlxalq elmi bazaların imkanlarından yararlanmaq elmi ədəbiyyatın daha əhatəli araşdırılmasına, aktual tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə, elmi nəticələrin təhlilinə və tədqiqatların keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

Aytac Misgərli, həmçinin, universitet kitabxanalarının müasir dövrdə yalnız informasiya mənbələrinə çıxışı təmin edən struktur deyil, eyni zamanda, elmi fəaliyyətə dəstək göstərən, tədqiqatçıların informasiya savadlılığının artırılmasına və elmi kommunikasiyanın inkişafına töhfə verən mühüm mərkəzlər olduğunu diqqətə çatdırıb. Bu baxımdan, “Clarivate Günləri” çərçivəsində keçirilən təlimin akademik heyət və tədqiqatçılar üçün faydalı təcrübə mübadiləsi və yeni biliklərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Təlim zamanı Clarivate şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva və Müştəri məmnuniyyəti üzrə menecer Handan İliç təqdimatlarla çıxış edərək, Web of Science, ProQuest Central və Web of Science Research Intelligence platformalarının funksional imkanları haqqında ətraflı məlumat veriblər. Təqdimatlarda elmi mənbələrin axtarışı, tədqiqat məlumatlarının təhlili, elmi fəaliyyətin qiymətləndirilməsi və tədqiqat prosesinin planlaşdırılmasında bu platformaların rolu izah olunub. Eyni zamanda, süni intellekt əsaslı həllərin elmi araşdırmalarda tətbiqi və tədqiqatçıların işinin səmərəliliyinin artırılması məsələlərinə toxunulub.

Təlimin əsas məqsədi Xəzər Universitetinin akademik heyətinin və tədqiqatçılarının beynəlxalq elmi informasiya bazalarından və müasir tədqiqat alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək, elmi nəticələrin beynəlxalq görünürlüyünün artırılmasına dəstək olmaq və universitetin tədqiqat potensialının gücləndirilməsinə töhfə vermək olub.

İnteraktiv müzakirələrlə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, təqdim olunan platformaların praktik tətbiqi və elmi-tədqiqat fəaliyyətində istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Təlim iştirakçılara beynəlxalq elmi informasiya resurslarının imkanları ilə daha yaxından tanış olmaq, bu alətlərin tədqiqat prosesində tətbiqinə dair yeni biliklər əldə etmək və elmi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində təcrübələrini genişləndirmək imkanı yaradıb.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026