Qazaxıstanın Atırau şəhərində keçirilmiş beynəlxalq konfransın materialları əsasında nəşr olunan və Scopus bazasında indeksləşdirilən "OIL AND GAS POTENTIAL OF DEEPLY BURIED PALEOZOIC DEPOSITS IN THE PRE-CASPIAN BASIN" adlı topluda Xəzər Universitetinin Neft mühəndisliyi departamentinin müdiri Dr. Elvin Əhmədovun məqaləsi işıq üzü görüb. Qeyd edək ki, o, bu nüfuzlu nəşrdə Azərbaycandan təmsil olunan yeganə müəllifdir.
Məqalə neft-qaz geologiyasının aktual problemlərindən biri olan karbohidrogen ehtiyatlarının idarə olunması sisteminin transformasiyası strategiyasına həsr olunub. Xatırladaq ki, 2025–2026-cı tədris ilindən etibarən departamentdə “Ehtiyatların idarə olunması” fənninin də tədrisinə başlanılıb.