Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1753 Arxiv
XƏBƏRLƏR
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
18 Sentyabr, 2026KOYA TASARIMCILARI, BAKÜ’NÜN KALBİ NİZAMİ CADDESİ (TARGOVİ MEYDANI)’NDE…
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
02 Oktyabr, 2026İT Departament rəhbəri  WhatsApp hesablarının təhlükəsizliyi barədə

Məzunlarla görüş: “Məndədir, səndədir, müəllim ömrü”

2024-cü il oktyabrın 3-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Dillər və ədəbiyyatlar departamentinin dəstəyi ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Məndədir, səndədir, müəllim ömrü” adlı tədbir keçirildi.

Tədbirdə Xəzər Universitetinin “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” və “Filologiya (“Azərbaycan dili və Ədəbiyyatı”) ixtisaslarına bu il qəbul olunmuş birinci kurs tələbələri, həmçinin eyni ixtisaslar üzrə müxtəlif illərdə təhsil almış məzunlar - Fərid Kərimov (CELT Colleges, xaricdə təhsil üzrə menecer),  Barat Əlizadə ( Makropack şirkətinin rəhbəri), Vəfa Abbaslı (Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin direktor müavini, Azərbaycan dili və Ədəbiyyatı müəllimi),  Ayşəm Bəşirova (Azərbaycan televiziyası QSC - aparıcı, müxbir, redaktor),  İlahə Tinasanova (Bakı Modern Təhsil kompleksi, departament rəhbəri),  Arifə Mahmudova  (FZ Academy, Azərbaycan dili və Ədəbiyyatı müəllimi, təlimçi),  və Aytac Vəliyeva (ARB Media Group, “Gündəlik Teleqraf” MMC -  müxbir, redaktor), həmçinin, universitetdə onlara dərs demiış bəzi müəllimlər iştirak edirdilər.

Tədbirin əsas məqsədi məzunların eyni ixtisas üzrə təhsil alan birinci kurs tələbələri  ilə öz uğur hekayələrini paylaşaraq, ixtisaslarına qarşı olan maraqlarını artırmaq idi. 

Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva öz çıxışında məzunlarla təhsil müəssisəsi arasında davamlı əlaqələrin qurulmasının əhəmiyyətindən danışdı. Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova məzunlarla bağlı xatirələrini danışdı və Musa Yaqubun “Müəllim ömrü” şeirini səsləndirdi. Departamentin müəllimi Dr.. Reyhan Mədətova birinci kurs tələbələrinə öz tövsiyələrini verdi.

Məzunlar öz çıxışlarında tələbəlik illəri, müəllimlər və universitetlə bağlı unudulmaz anlarını xatırladılar. Uğurlu karyeraya sahib olmaq üçün nələrə diqqət yetirmək lazım olduğunu, şəxsi inkişafın əhəmiyyətini, xarici dil biliyinin önəmini vurğuladılar. Həmçinin, məzun Barat Əlizadə müəllifi olduğu “Xəyalpərəst” və “Kod adı: Oyanış” adlı kitablarını Xəzər Universitetinin kitabxanasına hədiyyə etdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026