Həyat Elmləri departamenti və Təbiət Elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin təşkilatçılığı ilə doktorant Kübra İbrahimovanın “Ağır metal çirklənməsinə qarşı Azolla: Brassinosteroid və GA₃ ilə fitoremediasiyanın gücləndirilməsi” adlı seminarı keçiriləcəkdir.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqaviləsi əsasında Türkiyənin İstanbul Universitetində Botanika ixtisası üzrə təhsil alır.
Seminar 27.04.2026-cı il tarixində saat 12:00-da Zoom platforması vasitəsilə onlayn şəkildə təşkil olunacaqdır.
İştirak etməyi arzu edənlər aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər.
Zoom Toplantısına Katıl
https://us05web.zoom.us/j/6772291292?pwd=OXZSTUtRYVZVcUtheEs0TzFHRGc5dz09&omn=88639669891
Toplantı Kimliği: 677 229 1292
Parola: 178U8E