28 aprel 2026-ci il tarixində saat 14:00-da Xəzər Universiteti Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Siyasi elmlər və fəlsəfə departamentinin 7210.01 – “Fəlsəfə tarixi” ixtisası üzrə doktorantı Ruslan Niyaz oğlu Xəlilovun fəlsəfə doktoru proqramı çərçivəsində hazırladığı “Amerika personalizmində fərd və şəxsiyyət problemi” adlı dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
İştirak etmək istəyənlər üçün giriş sərbəstdir.
Ünvan: Xəzər Universiteti (Neftçilər Kampusu), Məhsəti k. 41, AZ1096, otaq 102N.