1 may 2026-cı ildə Xəzər Universitetində, universitetin Tarix və Arxeologiya Departamenti və Türk Dili Dərnəyinin birgə təşkilatçılığı ilə “II Türk Tamğalarını Çağdaşlaşdırma Çalışmaları” keçiriləcəkdir.
Türk tamğaları türk xalqlarının qədim yazılı mirasının mühüm tərkib hissəsidir. Qeyd edək ki, bu mövzuda tədbir ölkəmizdə ilk dəfə məhz Xəzər Universitetində təşkil olunur.
Çalışmalar çərçivəsində qədim türk yazı sistemi olan tamğaların müasir dilimizin yazı qaydalarına uyğun şəkildə çağdaşlaşdırılması ilə bağlı məruzələr dinləniləcəkdir.
Tədbiri müşahidə etmək məqsədilə Beynəlxalq Türk Akademiyasından Dr. Nurdin Useev də iştirak edəcəkdir.
Tədbirdə Türkiyədən tanınmış alimlər Prof. Dr. Ərhan Aydın, Prof. Dr. Xədicə Şirin və Dos. Dr. Mehriban Aydın iştirak edəcəklər.
Eyni zamanda Azərbaycandan olan yerli tədqiqatçılar da çalışmalarda yer alacaqlar.