Məlum olduğu kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi mart-aprel aylarında ali məktəb tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalı keçirir. Festivalın münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə başçılıq edir.
Aprelin 12-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Xəzər Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Dövlət Dəniz Akademiyasının musiqi kollektivlərinə münsiflər heyəti tərəfindən baxış keçirildi. Xəzər Universiteti festivalda beş nomiasiya üzrə (milli rəqs, müasir rəqs, vokal, estrada, xor) iştirak edir.
Qaliblər mayın ilk ongünlüyündə elan olunacaq.