Azərbaycan respublikasının Gəncər və İdman Nazirliyi və Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının aprelin 11-12-də S.Vurğun
adına Azərbaycan Dövlət Rus Dram Teatrında
keçirdiy ənənəvi “Tələbə baharı” IX Ümumrespublika
Tələbə Yaradıcılıq Festivalında Xəzər Universiteti iki nominasiyada iştirak edərək,
hər ikisi üzrə qalib olmuşdur.
Universitetin rəqs ansamblı (müəllimlər - Səbinə İsmayılova və Telman Əliyev) rəqs nominasiyası, İqtisadiyyat və menecment fakültəsinin üçüncü kurs tələbəsi Musa Abdullayev vokal nominasiyası üzrə (müəllim - Musiqi və incəsənət departamentinin müdiri, dosent Zülfiyyə Sadığova) birinci yeri tutmuşlar.
Qalibləri təbrik edir, yeni uğurlar arzulayırıq.