2020-ci il dekabrın 11-də AZƏRTAC azərbaycanlı şagirdlərin TIMSS 2019 - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmədə qazandığı nəticələrə aid yazı dərc etmiş və bu barədə tanınmış elm və təhsil adamlarının fikrini öyrənmişdir.
Məqalədə qeyd olunmuşdur ki, azərbaycanlı şagirdlər riyaziyyat üzrə 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu rəqəm TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlər Fransa, İspaniya, Yeni Zelandiya kimi inkişaf etmiş ölkələrdən olan yaşıdlarından yüksək nəticə göstəriblər, eyni zamanda, Cənubi Qafqazda ən yüksək göstəriciyə nail olublar.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da AZƏRTAC-ın sorğusunu cavablandıraraq, münasibətini bildirmişdir: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara cığırdır. Bu sahədə ancaq irəliyə baxmalıyıq”.
Məqaləni muallim.edu.az saytı da dərc etmişdir.
Məqaləni aşağıdakı linklərdə oxumaq olar:
https://muallim.edu.az/news.php?id=13785