2019-cu il mayın 18-də Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisasının 1-ci kurs tələbələri İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyi və Şirvansahlar sarayına səfər etdilər. Onlar, əvvəlcə, Miniatür Kitab Muzeyinə baş çəkdilər, muzeyin rəhbəri Zərifə Salahova ilə həmsöhbət oldular. Z.Salahova ilə söhbət zamanı muzeyin necə yaradılması və fəaliyyəti haqqında məlumat aldılar. Daha sonra Şirvansahlar sarayına getdilər və saray ilə yaxından tanış olmaq şansı əldə etdilər, bununla yanaşı müəyyən epiqrafikalarla tanış oldular. Ümumilikdə səfər tələbələrin dərs proqramları ilə üst-üstə düşmüşdü və tələbələrin dərsi yaxşı şəkildə mənimsəməsinə kömək olmuşdu.