2019-cu il aprelin 2-də Brangansa Politexnik İnstitutunun (IPB) Beynəlxalq əlaqələr üzrə mütəxəssisi xanım Joana Aguiar Xəzər Universitetinin tələbələri üçün açıq olan ikili diplom proqramının təqdimatını keçirdi. Təqdimat müddətində xanım Aguiar universitet, onun resursları və maddi-texniki bazası, beynəlxalq tələbələrə göstərilən dəstək və digər əhəmiyyətli detallar haqqında məlumat verdi.
Xəzər Universiteti ilə Bragansa Politexnik İnstitutu arasında əməkdaşlıq 2017-ci ildə Anlaşma Memorandumu və İkili Diplom Proqramları haqqında Anlaşma imzalamaqla başlamışdır. Hazırda Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsi (bakalavr proqramları: kompüter mühəndisliyi, kompüter elmləri və kimya mühəndisliyi; magistr proqramları: mühəndislik, informatika) və İqtisadiyyat və menecment fakültəsi (bakalavr proqramı: menecment, magistr proqramı: MBA Menecment) tələbələri üçün ikili diplom proqramları təklif edir.