2019-cu il martın 1-də Xəzər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasının tələbələrinin “Müharibələr tarixi” fənn müəllimi Orxan Zamanov ilə Arxeologiya və Etnoqrafiya Muzeyinə səfər təşkil olundu.
İlkin olaraq, muzey haqqında tələbələrə məlumat verildi. Muzeyin qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, Azərbaycanda aparılan son 20 ildəki qazıntıların nəticələrini özündə əks etdirir. Paleolit dövrü xaric olmaqla, digər eksponatlar son dövrlərin araşdırmalarının nəticəsidir. Paleolit dövrünə aid olan tapıntıların yaşının 1 milyondan çox olmasını, üstəlik yalnız daşdan deyil, həm də təbii materiallar olan ağacdan, sümükdən hazırlanması bu günümüzə qədər gəlib çatmasını imkansiz edir. Muzeydə olan eksponatlar da xüsusi dərmanlar və digər vasitələrlə qorunur. Tələbələrə eksponatlarla bağlı geniş məlumat verildi. Tələbələr arxeoloji qazıntılar nəticəsində tapılan əmək alətləri və məişətdə, gündəlik həyatda istifadə olunan digər alətlərlə tanış oldular.
Orxan Zamanov tələbələri maraqlandıran suallara cavab verdi.