2016-cı il noyabrın 30-da Təbriz şəhəri Sahand Neft və Qaz Tədqiqat İnstitutunun direktoru Dr. Seyid Əlirza Tabatabaei Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin kimya və neft mühəndisliyi ixtisası üzrə bakalavr, magistr və doktorant tələbələri üçün universitetin “Mərmər” zalında “Neftin bərpa edilməsi metodlarında inkişafa ümumi baxış” adlı mühazirə oxudu.
Xəzər Universitetinin rektoru Dr.Hassan Niknafs və Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalov da mühazirədə iştirak edirdilər.
Mühazirədən sonra Dr. Tabatabaei tələbələrin suallarını cavablandırdı.