2016-cı il sentyabrın 19-da Xəzər Universiteti, Magistratura, doktorantura və elmi işlər bölməsi, İngilis dili və ədəbiyyatı departamenti ilə Azərbaycan dili və ədəbiyyatı departamenti birlikdə doktorant Nərminə Fətəliyevanın “Sinonimlik problemi: Müasir ingilis dilində sinonim seçimini tənzimləyən linqvistik və ekstralinqvistik amillər” (rus dilində) adlı dissertasiya işinin ilkin müdafiəsini keçirdi. Müdafiədə universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi fil.ü.f.d., dos. Reyhan Mədətova, Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası kafedrasının müdiri fil.ü.f.d., dos. Amil Cəfərov, Azərbaycan Dillər Universitetinin əməkdaşları – fil.ü.f.d. Fəridə Allahverdiyeva və fil.ü.f.d. İradə Nuriyeva, Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşları iştirak edirdilər. Doktorant Nərminə Fətəliyeva öz təqdimatında müasir cəmiyyətdə evfemizlərin əsas funksiyaları, evfemizm seçimini tənzimləyən sosial və koqnitiv faktorlar kimi məsələlərə toxunaraq, iştirakçıları dissertasiyanın əsas nəticələri ilə tanış etdi.
Təqdimatdan sonra doktorant iştirakçıların suallarını cavablandırdı.