Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsinin IV kurs tələbələri 2026- cı il oktyabrın 22- də Milla Süd Emalı Zavodunda süd məhsullarının istehsal mərhələlərini yerində müşahidə edərək, emal texnologiyaları və qida təhlükəsizliyinin təmin olunması prosesləri ilə tanış olublar.
Səfərin əsas məqsədi tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri praktiki təcrübə ilə möhkəmləndirmək, süd və süd məhsullarının istehsal texnologiyaları, baytarlıq-sanitariya nəzarəti və qida təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Təcrübə zamanı tələbələr müəssisənin istehsalat prosesi, südün emalı və süd məhsullarının hazırlanma mərhələləri, məhsulların keyfiyyətinə nəzarət mexanizmləri, eləcə də istehsalatda sanitariya-gigiyena qaydalarının tətbiqi ilə tanış olublar.
Səfər çərçivəsində süd və süd məhsullarının təhlükəsizliyinin təmin edilməsində baytarlıq təbabətinin rolu, istehsalın bütün mərhələlərində baytarlıq-sanitariya norma və tələblərinə riayət olunmasının əhəmiyyəti, eləcə də məhsul keyfiyyətinin qorunması və ictimai sağlamlığın təmin edilməsində baytar həkimlərin peşəkar məsuliyyəti diqqət mərkəzində olub.
İstehsalat müəssisələrində təşkil olunmuş təcrübə səfərləri tələbələrin nəzəri biliklərinin real istehsalat mühitində tətbiqinə, gələcək peşə fəaliyyətləri üçün zəruri praktiki bacarıqların formalaşdırılmasına və müasir qida istehsalı proseslərini daha dərindən mənimsəmələrinə şərait yaradır.