Xəzər Universitetində akademik rəqəmsallaşma və tədqiqat nəticələrinin beynəlxalq görünürlüyünün artırılması istiqamətində görüş keçirilib.
Görüş çərçivəsində Türkiyənin Erzincan Binali Yıldırım Universitetinin professoru Prof. Dr. Hakan Yalçıner tərəfindən Raw Data Library platformasının imkanlarına dair təqdimatı olub. Təqdimatda akademik məlumatların idarə edilməsi, elmi resurslara çıxış və Crossref DOI infrastrukturu barədə məlumat verilib.
Görüş zamanı RDLopen, RDLsis və RDLthesis sistemlərinin universitetin rəqəmsal transformasiyasına və beynəlxalq akademik görünürlüyünə verə biləcəyi töhfələr müzakirə olunub.
Görüş Xəzər Universitetində rəqəmsal inkişaf və beynəlxalq akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi üçün platforma yaradıb.