Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 152 Arxiv
XƏBƏRLƏR
21 Sentyabr, 2026Əməkdaşlığın yeni perspektivləri  
18 Sentyabr, 2026KOYA TASARIMCILARI, BAKÜ’NÜN KALBİ NİZAMİ CADDESİ (TARGOVİ MEYDANI)’NDE…
17 Sentyabr, 2026Yeni dərs ili başladı
17 Sentyabr, 2026Prof.Akad. Hamlet İsaxanlı “KOYA 10” çərçivəsində Bakı şəhərinin tarixinə dair məruzə ilə çıxış edib
03 Sentyabr, 2026Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir
02 Sentyabr, 2026Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür  
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
06 Oktyabr, 2026Tələbələrdə akademik stress, gələcəklə bağlı qeyri-müəyyənlik və psixoloji dəstək barədə

Tarix və arxeologiya departamentinin müəllimi Beynəlxalq Arxeoloji Simpoziumda  

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində yerləşən Nazarbayev Universitetində Ə. X. Marqulan adına Arxeologiya İnstitutu tərəfindən Nazarbayev Universiteti ilə birgə, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin dəstəyi ilə 2026-cı il 24–25 sentyabrda “Avrasiyanın böyük çöl kəməri: zaman və məkan üzrə mədəniyyətlərin transformasiyası” adlı II Beynəlxalq Arxeoloji Simpozium keçirilmişdir. Tədbir Arxeologiya İnstitutunun 35 illik yubileyinə həsr olunmuşdur.

Simpoziumda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya, Çin, Almaniya, Fransa, İsrail, ABŞ, Böyük Britaniya və digər ölkələrdən 150-dən çox tədqiqatçı iştirak etmişdir. Tədbir plenar iclas və dörd tematik panel sessiya formatında təşkil olunmuşdur: “Mağaralar Avrasiyanın daş dövrü arxeoloji arxivləri kimi”, “Qədim metallurgiya və qlobal əlaqələr”, “Çöl sivilizasiyasının fenomeni: hakimiyyət, cəmiyyət və mədəni transformasiya”, “Orta əsr Qazaxıstan arxeologiyasının aktual məsələləri”.

“Mağaralar Avrasiyanın daş dövrü arxeoloji arxivləri kimi” adlanan birinci paneldə çıxış edən  AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədovun  2016–2019 və 2022–2023-cü illərdə Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyasının Damcılı mağarasında apardığı tədqiqatlarına həsr olunmuşdur. “Damcılı mağarası: Cənubi Qafqazda unikal daş dövrü abidəsi” adlanan məruzədə Y. Məmmədov (həmmüəlliflər: Y.V. Məmmədov, Y. Nişiaki, A. Ə. Zeynalov və Ü.R. Səfərova) Damcılı mağarasının — Azərbaycan ərazisində qeydə alınmış və öyrənilmiş ilk Paleolit abidəsinin — yalnız qeyd olunan dövrün öyrənilməsi baxımından deyil, həm də Cənubi Qafqaz regionunda Mezolit–Neolit keçidini, istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidi, bu iki qrup arasında sosial-mədəni əlaqələrin araşdırılması baxımından unikal imkanlarını vurğulamışdır.

Qeyd etmək lazımdır ki, Dr. Yaqub Məmmədov 2016–2019-cu illərdə Damcılı mağarasında aparılan Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji tədqiqatlarında iştirak etməklə yanaşı, 2022–2023-cü illərdə həmin tədqiqatlara rəhbərlik etmişdir. Bundan əlavə, Damcılı mağarasında aparılmış tədqiqatların nəticələrini əks etdirən və dünya üzrə arxeoloji araşdırmaların elmi ədəbiyyatının nəşri ilə ixtisaslaşmış “Oxbow Books” nəşriyyat evində 2025-ci ildə işıq üzü görmüş “Damcılı mağarası. Cənubi Qafqazda son pleystosendən holosen dövrünədək bəşəriyyətin tarixinin tədqiqi” adlı kitabın (ingilis dilində: “Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus”) redaktorlarından biridir.

Simpozium çərçivəsində həmçinin, “Ə. X. Marqulan adına Arxeologiya İnstitutunun nəşrləri (2021–2025)” adlı kitab sərgisi və ‘Zamanla dialoqda” adlı fotosərgi təşkil olunmuşdur.

Qeyd edilməlidir ki, III Beynəlxalq Arxeoloji Simpoziumun 2029-cu ildə təşkili qərara alınmışdır. Aparılan müzakirələr çərçivəsində, Azərbaycan nümayəndə heyətinin təklifi ilə Paleolit dövrünə həsr olunacaq ilk bölmənin "Tarixdən qabaqkı dövrdə insanların miqrasiya prosesləri və adaptasiya" adlandırılması layihəsi yekdilliklə qəbul edilmişdir.

Konfransın əsas hissəsi başa çatdıqdan sonra Qazaxıstan Respublikası Prezidentinin Mərkəzinə və Qazaxıstan Respublikasının Milli Tarix Muzeyinə konfrans iştirakçılarının ekskursiyası təşkil olunmuşdur. Bu ekskursiyalar iştirakçılara müasir Qazaxıstan dövlətçiliyinin formalaşma mərhələlərini, ölkənin siyasi və mədəni tarixini yaxından tanımaq imkanı vermişdir. Milli Tarix Muzeyində nümayiş olunan arxeoloji və etnoqrafik eksponatlar isə Avrasiyanın qədim sivilizasiyalarının öyrənilməsi baxımından simpoziumun mövzusu ilə birbaşa əlaqələndirilərək xüsusi əhəmiyyət kəsb etmişdir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026