Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev 2026-cı il sentyabrın 17- də AZƏRTAC-a Qəbələnin Azərbaycanın turizm və mədəniyyət mərkəzlərindən biri kimi rolu, eləcə də şəhərin mühüm görüşlərə ev sahibliyi etməsi barədə video-müsahibə verib.
Video-müsahibədə Dos. Orxan Vəliyev Qəbələnin qədim tarixə malik şəhərlərdən biri olduğunu və ölkənin mühüm turizm və mədəniyyət mərkəzlərindən biri kimi tanındığını qeyd edib. O, ötən il Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün, eləcə də Prezident İlham Əliyevin paytaxtdan kənarda bəzi qəbul və görüşlərinin Qəbələdə keçirildiyini vurğulayıb. O, Qəbələnin turizm və mədəniyyət mərkəzi olmaqla yanaşı, əhəmiyyətli görüşlərə də uğurla ev sahibliyi etdiyini bildirib.