
Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlıya
Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayevaya
Hörmətli Hamlet müəllim!
Hörmətli Raziyə xanım!
Xəzər Universitetinin yaranmasının 35 illiyi münasibətilə Sizi və universitetin kollektivini Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti adından səmimi qəlbdən təbrik edirəm!
Xəzər Universiteti yarandığı gündən etibarən Azərbaycanın ali təhsil sistemində yenilikçi yanaşmaları ilə seçilmiş, ölkəmizdə ingilisdilli təhsilin inkişafına, müasir təhsil modelinin formalaşmasına və beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə mühüm töhfələr vermişdir. Universitetin tətbiq etdiyi müasir tədris proqramları, tədqiqat yönümlü fəaliyyəti və beynəlxalq əlaqələri onun həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə yüksək nüfuz qazanmasına səbəb olmuşdur.
Bu gün Xəzər Universiteti müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi tədqiqatların inkişafında və beynəlxalq təhsil standartlarının tətbiqində özünəməxsus mövqeyi ilə seçilən ali təhsil ocaqlarından biridir.
Bir daha bu əlamətdar yubiley münasibətilə sizi və kollektivinizi ürəkdən təbrik edir, hər birinizə yaradıcılıq uğurları, elmi və pedaqoji fəaliyyətinizdə davamlı yüksəliş arzulayıram!
Dərin hörmətlə,
Sumqayıt Dövlət Universitetinin
Rektoru v.i.e.
AMEA-nın müxbir üzvü
Əminağa Sadıqov