Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 19 Arxiv
XƏBƏRLƏR
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
11 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
18 Mart, 2026“Xəzər”in tələbələri “Fibonacci” intellektual yarışında  
18 Mart, 2026“Yaxın Şərqdəki müharibənin Azərbaycan və Türkiyəyə təsirləri” mövzusunda vebinar
18 Mart, 2026Təbrik məktubu
18 Mart, 2026“Xəzər”də rektorlar forumu keçirilib
18 Mart, 2026“Kreşendo” layihəsi çərçivəsində İnfoDesk

Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib

2026-cı il martın 17-də Hilton hotelində Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Tədbir geniş tərkibdə dövlət rəsmilərini, Milli Məclis üzvlərini, diplomatik korpus nümayəndələrini, xarici və yerli universitet rəhbərlərini, akademik ictimaiyyəti və biznes dairələrini bir araya gətirib.

Mərasimdən öncə iştirakçılar Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin fəaliyyəti ərzində nəşr etdiyi kitablardan ibarət sərgi ilə tanış olublar.

Mərasim universitetin Kamera orkestrinin müşayiəti ilə tələbələrdən ibarət xor kollektivi tərəfindən Azərbaycan Dövlət Himninin ifası ilə başlayıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxış edərək, Azərbaycanda ilk özəl ingilisdilli universitet olan Xəzər Universitetinin 90-cı illərdə ölkədə baş verən proseslər fonunda yaranma ideyası, ideyanın gerçəkləşməsi və universitetin keçdiyi inkişaf yolu, həmçinin, tədqiqat yönümlü universitetə çevrilməsi haqqında ətraflı danışıb.

Elxan Xanəlizadənin ssenarisi əsasında rejissor Rəhman Fürqətoğlunun hazırladığı “Xəzərin imzası” adlı sənədli filmdə Xalq yazıçısı Anar, Xalq artisti Alim Qasımov, Xəzər Universitetinin professoru, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev,  AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktoru, Milli Məclisin üzvü Rafael Hüseynov, Xəzər Universiteti Humantar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova və digərlərinin çıxışları, eyni zamanda,  Hamlet İsaxanlı ilə birlikdə Xəzər Universitetinin və “Dünya” məktəbinin qurucusu olmuş Nailəxanım İsayevanın lent yazısı təqdim olunub.

Universitetin rektoru Dr. Raziyə İsayeva çıxış edərək, Xəzər Universitetinin ali təhsil sahəsində əldə etdiyi nailiyyətləri və beynəlxalq əməkdaşlıqları iştirakçıların diqqətinə çatdırıb.

Rəsmi hissə çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov  çıxışında Azərbaycanın 35 il əvvəl əldə etdiyi müstəqillik fonunda Xəzər Universiteti kimi elm ocaqlarının gənclərin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, gənclərin yalnız təhsildə deyil, müxtəlif fəaliyyətlərdə və layihələrdə aktiv iştirakı qürurvericidir və bu uğurlu yolun davam etməsini arzulayıb.

Tədbirdə çıxış edən  Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Birol Akgün universiteti yubiley münasibətilə təbrik edib, onun regionda təhsil və elm sahəsində rolunu yüksək qiymətləndirib.

Sabiq baş nazir, diplomat Həsən Həsənov, Azərbaycanın sabiq Təhsil naziri Prof. Misir Mərdanov, Hasvet şirkətinin direktoru Hidayet Şimşek, “Dünya” məktəbinin direktoru Aygün İsayeva Gardiner çıxış edərək, yubiley təbriklərini çatdırıblar.

Tədbirdə, həmçinin, bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları - İbn Haldun Universitetinin rektoru Atilla Arkan, Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru Bahodir Turaev, Almatı Menecment Universitetinin rektoru Assylbek Kozhakhmetov, Narxoz Universitetinin rektoru Kanat Kozhakhmet, Buxara Dövlət Universitetinin prorektoru Rustam Jumaev, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov çıxış ediblər.

Mərasimin davamında Dr. Raziyə İsayeva  Həsən Həsənov, Birol Akgün, Hidayet Şimşek,  TRT Bakı Bürosunun rəhbəri  Murat Akkoç, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova və Britaniya Şurasının Azərbaycan  üzrə direktoru Nərgiz Hacıyevaya xüsusi yubiley mükafatları təqdim edib.  

Tədbir Xəzər Universiteti Kamera orkestrinin müşayiəti ilə konsert proqramı və ziyafətlə başa çatıb.

Qeyd edək ki, Xəzər Universitetinin 35 illik yubileyi yalnız keçilmiş yolun qeyd olunması deyil, həm də universitetin beynəlxalq akademik məkanda mövqeyinin daha da möhkəmləndirilməsinə yönəlmiş strateji baxışını əks etdirir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026