Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 275 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universiteti “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli şəkildə irəliləyib
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

“Daxili audit haqqında danışaq” mövzusunda seminar

Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il mayın 2-də “IIA Azerbaijan” Direktorlar Şurasının üzvləri tərəfindən İqtisadiyyat və Menecment fakültəsinin sonuncu kurs tələbələri üçün “Daxili Audit Haqqında Danışaq” mövzusunda seminar keçirildi.

Tədbirin açılışında Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva mərkəzin əsas missiyası, hədəfləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək, bildirdi ki, tələbələrin peşəkar inkişafına dəstək göstərmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etmək mərkəzin prioritet məsələlərindəndir. Zərifə Əliyeva həmçinin, həyata keçirilən karyera xidmətləri, təcrübə proqramları, təlim və inkişaf layihələri barədə iştirakçıları məlumatlandırdı.

Seminarda “IIA Azerbaijan” Direktorlar Şurasının üzvləri, UniBankın Daxili Audit Departamentinin direktoru, Xəzər Universitetinin məzunu Nərgiz Əliyeva, ABC Telecom LLC-nin Daxili Audit Departamentinin direktoru Zəminə Abbasova  və Azərbaycan Dəmir Yolları QSC-nın böyük auditoru, Xəzər Universitetinin məzunu Türkan Kərimova tələbələrə daxili audit funksiyasının təşkilat daxilində rolu və əhəmiyyəti haqqında geniş təqdimatlarla çıxış etdilər.

Çıxışlarda qeyd edildi ki, daxili audit yalnız nəzarət mexanizmi deyil, həm də təşkilatın korporativ idarəetmə, risklərin idarə olunmasına və nəzarət sisteminin gücləndirilməsinə töhfə verən, müstəqil, obyektiv və strateji idarəetmənin ayrılmaz hissəsidir. Eyni zamanda, daxili auditin yaratdığı dəyər, müasir yanaşmalar və Daxili Auditorlar İnstitutu (The Institute of Internal Auditors) tərəfindən təqdim olunan Qlobal Daxili Audit Standartları haqqında ümumi məlumat verildi, eləcə də sahə ilə bağlı mövcud miflər və reallıqlar müzakirə olundu.

Görüş zamanı daxili audit peşəsi üçün tələb olunan əsas kompetensiyalar, bu sahənin kənar auditdən fərqləri və karyera imkanları da tələbələrin diqqətinə çatdırıldı. İştirakçılar audit fəaliyyətinin yalnız maliyyə yoxlamaları ilə məhdudlaşmadığını, analitik düşüncə, kommunikasiya bacarıqları və risk yönümlü yanaşmanın bu sahədə uğurun əsas elementləri olduğunu öyrəndilər. Bu kontekstdə tələbələrə daxili auditin müxtəlif sahələrdə tətbiqi və təşkilat daxilində oynadığı çoxşaxəli rol praktiki nümunələrlə izah edildi.

May ayının Daxili Audit Maarifləndirmə Ayı kimi əhəmiyyəti də  vurğulandı və tələbələr Daxili Auditorlar İnstitutunun (The Institute of Internal Auditors) rəsmi veb-saytı ilə tanış edildi. Onlara təqdim olunan resurslar, öyrənmə imkanları və xüsusilə, tələbələr üçün nəzərdə tutulmuş ödənişsiz üzvlük imkanları barədə məlumat verildi. Görüş çərçivəsində “IIA Azerbaijan” tərəfindən həyata keçirilən fəaliyyətlər, təşəbbüslər və peşənin ölkədə inkişafına yönəlmiş addımlar da iştirakçılarla bölüşüldü.

Tədbir tələbələrə nəzəri və praktiki bacarıqlarını zənginləşdirmək üçün əlverişli  imkan yaratdı.

Görüşün keçirilməsində iştirak edən spikerlərə təşəkkür edildi. Onların tələbələrlə bilik və təcrübələrini bölüşməsi, daxili audit peşəsinin daha yaxından tanıdılması və gənclərin peşəkar inkişafına töhfə verməsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür təşəbbüslər gələcək mütəxəssislərin formalaşmasına və peşənin davamlı inkişafına mühüm dəstək verir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026