Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4645 Arxiv
XƏBƏRLƏR
19 Mart, 2026Xəzər universitetinə Novruz və Ramazan bayramları münasibətilə təbriklər
19 Mart, 2026Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının Xəzər Universitetinin 35 illik yubileyinə həsr olunmuş mərasimdə açılış nitqi
18 Mart, 2026Xəzər Universitetinin 35 illik yubiley mərasimi keçirilib
11 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
20 Mart, 2026“Xəzər”də məzunlarla görüş
20 Mart, 2026“Xəzər”də Novruz şənliyi
19 Mart, 2026Xəzər universitetinə 35 illik yubileyi münasibətilə təbrik

Xəzər Universitetində Azərbaycan 7-ci Beynəlxalq Psixologiya Konfransı keçirildi

Xəzər Universiteti Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il aprelin 21-22-də Xəzər Universitetində Azərbaycan 7-ci Beynəlxalq Psixologiya Konfransı təşkil edildi. Konfransın açılışı Xəzər Universitetinin rəqs ansamblı ilə başladı. Sonra Xəzər Multimedia Mərkəzinin hazırladığı və əvvəlki illərin konfranslarını əks etdirən videomaterial iştirakçılara nümayiş etdirildi.

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova departament və Xəzər Psixoloji Xidmət Mərkəzinin bu tip seminar, təlim və konfranslarda aktiv yer aldığını qeyd edərək, konfransın açılışı üçün sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlıya verdi. O, bir ənənə halını alan konfransın işinə uğurlar diləyərək, psixologiyanın elm sahəsi kimi inkişafda olduğunu müsbət dəyərləndirdi. Universitetin rektoru dosent İradə Xəlilova bu kimi konfransların əhəmiyyətli olduğunu qeyd edərək, konfransa səmərəli iş arzuladı.

Psixologiya departamentinin koordinatoru Mələk Kərimova konfransa Türkiyədən dəvət edilmiş əsas spikerlər və digərləri haqqında məlumat verdi. Bildirdi ki, konfransa İstanbul Psixodrama İnstitutunun qurucusu psixodramatist Deniz Altınay və institutun əməkdaşı psixodramatist Esra Bilik, Bolu Abant İzzət Baysal Universitetinin psixologiya fakültəsinin dekanı prof. Hamit Coşkun, Davranış Bilimləri İnstitutunun rəhbəri Dr. Emre Konuk, həmçinin İtaliyanın Cagliari Universitetinin doktorantı Ülkər İsayeva, Amerikanın Hawai Universitetindən Xəzər Universitetinə fulbrayt müəllim kimi gələn Dr. Elnur Qacıyev və Sağlamlıq Elmləri İnstitutunun əməkdaşı Dr.Ömer Akgül dəvət edilmişdir.

Konfransda Dr. Elnur Qacıyev “Sənətin terapevtik gücü. Sənət terapiyasının tətbiqi qaydaları və şəxsi inkişafda rolu” haqqında iştirakçılara təlim keçdi. Ülkər İsayeva "Şizofreniyada sağalma mümkündürmü? Şizofreniya müalicəsində yeni elmi yanaşmalara baxış" mövzusu barəsində ən son yenilikləri iştirakçılara çatdırdı.

Konfransın ikinci gününün daha çox hissəsini praktiki tapşırıqlar əhatə edirdi. Psixodramatist Deniz Altınay “Psixodrama əsaslı qrup psixoterapiyası” barəsində iştirakçılarla bərabər praktiki təlim keçdi. Prof. Hamit Coşkun "Yaradıcılıq psixologiyası və beyin fırtınası: müasir yanaşma və strategiyaların şəxsi inkişafda əhəmiyyəti”, Dr. Ömer Akgül "Həyat sizdən nə gözləyir? Loqoterapiyanın əsasları və praktikada tətbiqi”, Esra Bilik “Neyro-psixodrama: psixodrama seansı zamanı beynimizdə nə baş verir?” mövzuları haqqında ətraflı müzakirələrə girməklə yanaşı, tətbiqi qaydalarını şərh etdilər.

Konfransda gələcək əməkdaşlıq məsələləri müzakirə edildi, iştirakçılara hədiyyə və sertifikat təqdim olundu.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026