Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2394 Arxiv
XƏBƏRLƏR
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri
07 İyul, 2026Türkiyənin Atlas Universitetinin rəhbər heyəti ilə görüş  
21 Avqust, 2026Beynəlxalq Türk Akademiyasının Prezidenti Prof. Dr. Şahin Mustafayev Xəzər Universitetində  
21 Avqust, 2026Uşaqların İKT- dən istifadəsi ilə bağlı balanslı yanaşmanın vacibliyi - İT departament rəhbərinin şərhi  
19 Avqust, 2026İT departament rəhbəri Azərbaycanda yerli kompüter istehsalının problemləri barədə
19 Avqust, 2026Süni intellektdən təhlükəli istifadənin qarşısının alınması imkanları İT departament rəhbərinin  şərhində  

Azərbaycan V Beynəlxalq Psixologiya Konfransı keçirildi

Aprelin 7-8-də Xəzər Universitetinin Psixologiya departamentinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə universitetin Mərmər salonunda Azərbaycan V Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda universitetin rəhbərliyi və əməkdaşları, Türkiyə və ABŞ-dan dəvət olunmuş mütəxəssislər və yerli mütəxəssislər iştirak edirdilər.

Konfransdan əvvəl iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin ifasında qısa musiqi proqramı təqdim olundu.

Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs konfransı açaraq, xarici mütəxəssisləri və iştirakçıları salamladı, hər il keçirilən konfransın həm yeni biliklərlə zənginləşmək, həm də təcrübə toplamaq baxımından böyük əhəmiyyətindən danışdı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, universitetdə belə beynəlxalq elmi tədbirlərin ənənəvi olaraq mütəmadi keçirildiyini diqqətə çatdırdı, Xəzər Psixoloji Xidmət Mərkəzinin fəaliyyətindən bəhs etdi.

Konfransda Türkiyə TED Universitetindən professor Nilüfer Voltan Acarın “İnteqrativ konsultasiya modeli-Şərq ölkələri üçün psixoloji konsultasiyanın aparılma qaydaları”, Hasan Kalyoncu Universitetindən professor Mehmet Hakan Türkçaparın “Psixoterapiyada elmi yanaşma, depressiyada davranış aktivlik müalicəsi”, Hacettepe Universitetindən professor Ebru Cengel Kültürün “Məktəbəqədər yaş dövründə uşaqlarda ruhi sağlamlığın qiymətləndirilməsi meyarları, autizmin ilkin diaqnostikasının aparılma qaydaları”, İstanbul Cerrahpaşa Xəstəxanasının psixiatrı Doc. Dr. Ejder Akgün Yıldırımın “Psixodrama və onun müxtəlif tətbiq şəkilləri”, Amerikanın George Mason Universitetindən professor Frederick Bemakın “Qaçqınlıq və məcburi köçkünlüyün psixoloji təsirləri”, Wisconsin La-Crosse Universitetindən isə professor Robert Jecklinin “İctimai sağlamlıq və psixologiya” mövzularında məruzələri dinlənilərək, psixologiyanın müxtəlif sahələrinə aid müzakirələr aparıldı, suallar cavablandırıldı və qrup psixoloji terapiyasından müxtəlif nümunələr göstərildi.

Konfrans iştirakçıları psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, təcrübələrini də artırdılar.

Konfransın sonunda qonaq professorlara plaketlər, iştirakçılara isə sertifikatlar təqdim edildi.

Konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad etdilər.

Tədbirin sonunda xarici qonaqlar üçün ziyafət təşkil olundu.

Konfransın gedişi AzTV kanalında və ölkə xəbər portallarında işıqlandırılmışdır:

http://www.islahat.az/azerbaycan-v-beynelxalq-psixologiya-konfransi-bas-tutdu/

http://frame.az/az%C9%99rbaycan-v-beyn%C9%99lxalq-psixologiya-konfransi-bas-tutdu/ 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026