Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə 16 mart 2026-cı il tarixində, saat 10:00 – 16:00 aralığında universitetin Neftçilər kampusunda “Kreşendo” layihəsi çərçivəsində məlumatlandırıcı İnfoDesk təşkil olunacaq.
Görüş zamanı tələbələr layihənin əsas fəaliyyəti, gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş proqramlar, eləcə də layihə çərçivəsində təqdim olunan təlim, inkişaf və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat əldə edə biləcəklər.
Bundan əlavə, iştirakçılar layihəyə qoşulma yolları və iştirak şərtləri ilə tanış olmaq, öz bacarıqlarını inkişaf etdirmək və potensiallarını reallaşdırmaq, həmçinin gələcək karyeralarına töhfə verəcək yeni imkanları kəşf etmək imkanı əldə edəcəklər.