2016-cı il aprelin 13-də Tələbə Məclisinin təşkilatçılığı ilə DVC-Azərbaycanın DİA-dakı təmsilçiləri Xəzər Universiteti tələbələri üçün debat təlimi keçirdilər. Təlimdə debat yaranması, Azərbaycanda debat yarışlarının təşkili və inkişafı haqqında geniş informasiya verildi. Təlimdə fəal iştirak edən tələbələr Xəzər Universitetində yeni yaradılmış “Debat klubu”na üzv seçildilər.
Tələbə Məclisi öz seminarlarını, sosial tədbirlərini mütəmadi olaraq davam etdirir və yaxın gələcəkdə bir çox böyük, sosial, tələbə həyatını zənginləşdirən tədbirlər həyata keçirməyi planlaşdırır.